Aİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTO

Aİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTOAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 18-də Şamaxıda olub.

Sonxeber.az xəbər verir ki, qonaq Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qarşıladı.

Məscidin imamı Mərhəmət Mustafayev qonağa dini məbəd ilə bağlı məlumat verdi. Bildirildi ki, məscid 743-cü ildə inşa olunub. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə tikilib.

Məscidin həyətindəki muzeyə də baxış oldu. Tanışlıq zamanı qeyd edildi ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxı sakinlərinin Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib.

Diqqətə çatdırıldı ki, Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə də təmir olunub. Şamaxı Cümə məscidində əsaslı təmir işləri isə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində həyata keçirilib və ötən əsrin 70-80-ci illərində bərpa işləri zamanı aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb. Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin bərpadan sonra açılışı olub.
Aİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTOAİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTOAİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTOAİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTOAİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTOAİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTOAİ Şurasının Prezidenti Şamaxı Cümə məscidində - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 764   Tarix: 18 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel