Azərbaycanda küçədə tapılan körpə Şəhidlər xiyabanına atılıbmış - YENİLƏNİB
Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:
"Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır".
14:03
"Ağcabədi rayonunda küçəyə atılan körpənin vəziyyəti yaxşıdır".
Bu barədə Oxu.Az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən açıqlamada bildirilib.
"Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb", - xəstəxanadan bildirilib.
13:23
Azərbaycanda daha bir körpə küçəyə atılıb.
Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, körpə Ağcabədidə küçəyə atılıb.
Yeni doğulmuş körpə oğlandır. Onun çəkisi iki kiloqram, boyu isə 48 santimetrdir.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda "Yaşıldərə" yaşayış massivində zibil qutusunda və Ucarda isə köhnə tikilidə yeni doğulmuş uşaq tapılmışdı.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 5223 Tarix: 22 iyul 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşÜzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021