"Diaspor siyasəti Azərbaycanın əsas xarici siyasət strategiyalarındandır" - DEPUTAT

"Diaspor siyasəti Azərbaycanın əsas xarici siyasət strategiyalarındandır" - DEPUTATİstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

"Azərbaycanda diaspor quruculuğu sahəsinə ümumilli lider Heydər Əliyevin dövründə və onun rəhbərliyi altında başlanılıb. Heydər Əliyevin başçılığı ilə 1999-cu ilin dekabr ayında dünya azərbaycanlılarının I qurultayı keçirildi. 2002-ci ildə isə Azərbaycana diaspor siyasətini koordinasiya etmək məqsədi ilə diasporla iş üzrə dövlət komitəsi yaradıldı və bu günə qədər də fəaliyyət göstərir. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi - bunlar bir-birinə bağlı olan situasiyalardır".

Bu sözləri Sonxeber.az-a açıqlama verən millət vəkili Ramil Həsən deyib.

O bildirib ki, diaspor siyasəti Azərbaycanın əsas xarici siyasət strategiyalarının içərisində rol alan siyasətlərdən biridir:

"Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə doğru-düzgün şəkildə iş quraraq bir çox sahələri əhatə edən addımlar atırlar. Azərbaycan diasporunun formalaşmasında Azərbaycan ictimaiyyətinin bir çox sferaları aktivlik göstərir. Bunlar xaricdə təhsil almaqla ölkədən kənarda müqavilələr əsasında işləyən müəllimlər, müxtəlif səbəblərdən Azərbaycandan başqa ölkələrə mühacirət edən insanlarla bağlı diaspor təşkilatının formalaşmasında xüsusi xarakterizə edilən və öz imkanları, fəaliyyətləri ilə seçilən strukdurlardır.
Son dövrlər Azərbaycan diaspor təşkilatı uğurla inkişaf edir, koordinasiya mərkəzləri yaradılır. Yaradılan koordinasiya mərkəzlərinin birgə fəaliyyəti, xüsusilə də Prezidentin "Bir millətin iki diasporası olmaz" devizindən yola çıxaraq Türkiyənin müvafiq diaspor təşkilatları ilə bərabər fəaliyyət mexanizminin işlənib hazırlanması da bu təşkilatların vəzifələrinə daxildir. Bütün bunlar da Azərbaycan və Türkiyə dövlətlərinin maraqlarına xidmət edən istiqamətlərdə ortaq addımların atılmasına da böyük töfhə verir.

Həm lobbiçilik, həm diaspor istiqamətində atılan addımlar ikinci Qarabağ döyüşündə Azərbaycan diasporunun bütün nümayəndələrinin, hətta bir-birinə zidd siyasi ideologiyalarına baxmayaraq, bir çox təşkilatların həmrəyliyini və cənab Prezidentin ətrafında "dəmir yumuruq" kimi birləşməsini tarixi an kimi bizə yaşadıb. Bu da onu göstərir ki, Azərbaycan diasporu, lazım gələndə, milli maraqları üçün əlindən gələni etməyə hazırdır.

Əminik ki, bu istaqəmətdə atılan addımların milli ideologiyamızın formalaşmasında, xaricdəki Azərbaycan diasporunun daha da güclənməsində rolu olacaq və Azərbaycan milli maraqlarının qorunması üçün bu istiqamətdə atılan addımlarla öz sözünü deməkdə davam edəcək.

Azərbaycan Prezidenti bütün dünya azərbaycanlılarının lideridir. Ona görə də dünyanın hansı nöqtəsində olursa olsun, hər bir azərbaycanlı öz ölkəsini 30 illik işğaldan qurtaran lideri ilə fəxr edir. Diaspor təşkilatlarının aktiv fəaliyyəti ölkəmizin maraqlarının müdafiəsində iştrak edən lobbi quruluşları ilə Azərbaycan arasında bir növ körpü missiyasını həyata keçirir. Biz isə bundan qanun çərçivəsində yararlanırıq. Dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də diaspor təşkilatlarımızla birgə əməkdaşlığımız davam edəcək".

Aytəkin Cəlali

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Diaspor siyasəti Azərbaycanın əsas xarici siyasət strategiyalarındandır" - DEPUTAT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 546   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26 aprel
.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

11 gün əvvəl zəhərlənmişdi - Xəstəxanada öldü

Dünən gecə saatlarında Kliniki Tibbi Mərkəzdə ölüm hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, Zaqatala rayon Yuxarı Tala kənd sakini 62 yaşlı Murad Ramazanov sözügedən vəfat edib. M. Ramazanov təxminən 11 gün əvvəl pomidor turşusundan zəhərlənmişdi

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

Az qala ÖLƏCƏKDİ: Qadın kofe içən zaman qadın stəkanda ölü böcəklər gördü

İspaniyanın Mayorka adasındakı hava limanının kofe alan aviaşirkətin qadın əməkdaşı az qala öləcəkdi. xarici mənbəyə istinadən xəbər verir ki, 21 yaşlı qadın hava limanında aldığı kofenin qəribə dadı olduğunu hiss edib. Stəkanın içərisinə baxan zaman içərisində ölü həşəratların olduğunu görüb. Qadını

26 aprel