Turlar.AZ - istirahət mərkəzləri, hotellər

Turlar.AZ - istirahət mərkəzləri, hotellərPulsuz elanlar saytı TURLAR.AZ saytinda Azərbaycanın rayon və istirahət zonalarına turlar təşkil edilir! Bu turlar səyahət həvəskarları ilə yanaşı, sağlamlıqla bağlı yaxşı sanatoriya axtarışında olanlar üçün də nəzərdə tutulub. Turlar.AZ Azərbaycanın əyləncəli və sərfəli məkanlarını sizin üçün bir yerə toplayıb!

Təbii ki, Azərbaycanda sanatoriya deyəndə ağla ilk gələn Naftalan sanatoriyası olur. Naftalan sanatoriyası çox sayda xəstəliklərin uğurlu müalicəsi baxımından olduqca effektivdir. Gəncədən bir saatlıq məsafədə yerləşən Naftalan şəhəri neçə əsrlərdir ki, burada çıxan və hər cür xəstəliklərin müalicəsində istifadə olunan nadir müalicəvi xassəli neft (və ya yağ) ilə məşhurdur. Sovetlər dövründə Naftalan şəhərinin sanatoriya-kurortları dəri xəstəliklərindən, əzələ, oynaq və sümük ağrılarından əziyyət çəkən xəstələr arasında məşhurlaşmağa başlayır. Bu gün də şəhər Azərbaycanın aparıcı sağlamlıq turizmi istiqamətlərindən birinə çevrilib. Bir qayda olaraq, müalicə şəhərin sağlamlıq mərkəzlərində, ən azı bir həftə müddətində gündəlik xam neft vannası qəbul edilməsindən ibarətdir.

İstirahət zonalarının arasında Quba Palace xüsusi yer tutur. Paytaxtı Bakıya yaxın məsafədə, füsünkar təbiətə malik Qubada yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşməklə təbiət gözəlliklərinin qəlbində yüksək səviyyəli istirahət, gözəl əyləncə və unudulmaz təəssüratlar vəd edir. "Quba Palace" Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. "Quba Palace" Azərbaycanda qolf meydançasına malik olan ilk və yeganə oteldir. Bu möhtəşəm otel dağ və göl peyzajları arasındakı sakit və gözoxşayan bir ərazidə qolf oynamağın üstünlüyünü bəxş edir. Oteldə son dərəcədə dəbdəbəli şəkildə dizayn olunmuş konfrans və toplantı zalları tədbir və biznes görüşləri üçün unikal məkandır.

Şəkidəki məşhur Marxal müalicə-istirahət kompleksi müasir standartlara cavab verən kompleksdir. Şəki şəhərinin yaxınlığında, Böyük Qafqaz sıra dağlarının cənub-qərb yamaclarında, dəniz səviyyəsindən 1080 metr yüksəklikdə tikilib. Ərazisi 30 hektar olan kompleksə yeddimərtəbəli mehmanxana binası, SPA mərkəzi, villa tipli 31 kottec, restoranlar şəbəkəsi və müxtəlif əyləncə mərkəzləri daxildir.

Söhbət Şəkidən gedirsə, Kiş kəndində yerləşən Narın Qala istirahət mərkəzini də qeyd etməliyik. Qafqaz dağlarının ətəyində, şam meşəsinin mərkəzində, dəniz səviyyəsindən 1050 metr hündürlükdə yerləşir. İstirahət mərkəzində ümumilikdə 20 ev - 1, 2, 3, 4 otaqlı koteclər var. Hər bir kotecdə bütün şərait yaradılıb. Restoranda istənilən yeməyi sifariş vermək mümkündür.

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz. Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın!


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 599   Tarix: 01 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr