Dünyanın ən böyük yanğınları - FOTOLAR

Dünyanın ən böyük yanğınları - FOTOLARBir ölkənin başına gələ biləcək ən pis fəlakətlərdən biri də yanğınlarıdı. Bildiyimiz kimi dost ölkə olan Türkiyədə meşə yanğınları davam edir. Yanğınlar söndürülməyə və nəzarət altına alınmağa çalışır. Bu yanğınların necə başladığı isə hələ də tam məlum deyil. Tarix boyu meşə yanğınları həmişə baş verib. Bir çox rayonlar, şəhərlər dağılıb. Bəs dünyanın ən böyük meşə yanğınları hansılardır ?

Sonxeber.az lent.az-a istinadən sizə dünyada baş vermiş ən böyük yanğınları təqdim edir.

Çikaqo yanğını

Böyük Çikaqo Yanğını olaraq da adlandırılan bu yanğın 8 oktyabr 1871-ci ildə baş verib. 2 gün davam edən, şəhərin cənub-qərb tərəfində, Patrik və Katerina malikanəsindəki tövlədə başlayan yanğına bir inəyin səbəb olduğu iddia edilir. Hadisə zamanı 300 nəfər həlak olub, 100 min insan evsiz qalıb. 17 mindən çox bina dağılıb. Ölkəyə təxmini 200 milyon dollar ziyan dəyib.

Böyük Alov Kanada

1919-cu ildə Kanadanın Edmonton şəhərinin şimalında başlayan meşə yanğınında 5 milyon hektar tamamilə yararsız hala düşərək məhv olub. Yüzlərlə insan evlərini itirib. 11 nəfər isə həlak olub.

Qara cümə

13 yanvar 1939-cu ildə Avstraliyanın Viktoriya ştatında quraqlıq və güclü külək tarixin ən böyük yanğınlarından birinə səbəb oldu. Təxminən 5 milyon hektar torpaq sahəsi yanıb. 71 nəfər həyatını itirib. Bu yanğın həmçinin su ehtiyatlarına da mənfi təsir göstərdi.

Sibir Tayqa yanğını, Rusiya

2003-cü ildə baş vermiş bu yanğın palıd ağaclarının məhv edilməsi kimi də yaddaşlarda qalıb. Sibir tayqalarının yanması ilə 47 milyon hektar meşə yanaraq kül oldu. Peyk görüntülərində bütün Avrasiyanın tüstü altında qaldığı görülürdü. Bu yanğın həmçinin, ozon təbəqəsinin tükənməsində də böyük rol oynayıb.

2004 Taylor Kompleks Yanğını, ABŞ

Alyaskada başlayan bu yanğın tam 1 milyon 300 min ərazinin yanaraq kül olmasına səbəb olub.

2010 Boliviya Meşə Yanğını

18 avqust 2010-cu ildə meydana gələn yanğın zamanı 1.5 milyon hektar meşə yanıb. Boliviya höküməti bu yanğının öhdəsindən gələ bilmədiyi üçün Braziliya və Argentinadan kömək istədi. Daha sonra su təyyarələrinin köməyi ilə yanğının qarşısı alınıb. Ancaq buna baxmayaraq, həmin il əlavə olaraq daha 47 mindən yanğın baş verib.

Kanada yanğınları

2014-cü ildə Kanadanın şimal-qərbində dəhşətli yanğın baş verdi. Birdən çox ərazidə eyni zamanda başlayan yanğınlar 3.5 milyon hektar ərazi məhv edildi. Daha sonra açıqlamalarda hətta bu rəqəmin 8.5 milyon olduğu bildirildi. ABŞ-ın bəzi əyalətləri və bir neçə Avropa ölkəsində hava kirliliyinin də artmasına çox böyük təsiri olmuşdu.

Avstraliya meşə yanğınları

Keçdiyimiz illərdə bütün dünyanın diqqəti Avstraliyada baş vermiş meşə yanğınlarında idi. 2019-cu ilin iyun ayınında başlayan yanğın 240 gün davam etdi. Təxminən 8 milyon hektar ərazi yanıb kül oldu. 2500-dən çox bina yararsız hala düşdü. 28 nəfər həyatını itirdi. 1.1 milyarddan çox heyvan isə öldü.
Dünyanın ən böyük yanğınları - FOTOLARDünyanın ən böyük yanğınları - FOTOLARDünyanın ən böyük yanğınları - FOTOLARDünyanın ən böyük yanğınları - FOTOLARDünyanın ən böyük yanğınları - FOTOLARDünyanın ən böyük yanğınları - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1697   Tarix: 03 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI

"İnsanabənzər robot "Optimus" hələ də "Tesla"nın laboratoriyasında sınaqdan keçirilir, lakin gələn ilin sonunda buraxılmağa hazır ola bilər". Bu barədə "Tesla"nın baş direktoru İlon Maskın bəyanatına istinadən məlumat yayılıb. "Tesla" dünyada potensia

25 aprel
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25 aprel
.

Qadın dovşana görə kişini vurub öldürdü

Rusiyanın Sevastopol şəhərində qadın ev heyvanı olan dovşana görə dostunu daşla öldürüb. yerli mediaya istinadla bildirir ki, qadın ev heyvanı ilə şəkil çəkdirən turistlərdən pul qazanıb. O, bir kişi ilə tanış olub və onu spirtli içki içmək üçün evə gətirib. Bir müddət sonra evin xanımı yeni tanışın

26 aprel
.

Villada gənc qadını öldürüb, ailəsinə zəng edərək intihar etdiyini dedi

Türkiyədə qadın sevgilisi tərəfindən öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, kişi gənc qadını villada öldürüb. Daha sonra ailəsinə zəng edərək qızların intihar etdiyini deyib. Bir müddətdir birlikdə olduğu deyilən cütlük lüks evdə yaşayıblar. Kişi qadını bu evdə güllələyərək öldürüb. Dah

26 aprel
.

Qeyri-etik hərəkətlər edən şəxsi sərnişinlər avtobusdan atdılar - VİDEO

Qeyri-etik hərəkətlər edən şəxsi sərnişinlər avtobusdan atıblar. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə avtobus oturacağında tək oturmaq istəyən şəxs başqa bir sərnişinin ona yaxınlaşması ilə əsəbiləşib və mübahisə yaratmağa başlayıb. Vəziyyətdən narahat olan digər sərnişinlər həmin şəxs

26 aprel
.

Həbsxanadan qaçmaq üçün tunel qazıb polis idarəsinə çıxdılar - VİDEO

Venesuelada həbsxanadan qaçmaq istəyən məhbuslar sürprizlə qarşılaşıblar. "Dail Mail"ə istinadla bildirir ki, hadisə Marakaybo şəhərində baş verib. 20 məhbus cəzaçəkmə müəssisəsindən qaçmaq üçün tunnel qazıblar. Onlar tuneldən çıxarkən səhv etdiklərini başa düşüblər. Belə ki, tunelin digə

26 aprel
.

Müəllim şagirdə dərs yazmaq əvəzinə rəqs etməsini istədi - VİDEO

Bir tələbə 15.00 sözlük məqalə yazmamaq üçün rəqs edib. xarici KİV-ə istinadən xəbər verir ki, tələbədən biotibbi mühəndislik mövzusunda 15.00 söz yazmağı tələb edən ənənəvi sənəd əvəzinə, bütün otağın qarşısında 15 saniyəlik rəqs etmək seçimi verilib. Tələbə tərəfindən yerləşdirilən video dərhal vira

24 aprel
.

Rusiyada 14 futbolçu oyundan əvvəl zəhərlənib

"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl Qroznıda kütləvi şəkildə zəhərlənib. Baş məşqçi Robert Moreno 14 futbolçunun nahardan sonra halının pisləşdiyini bildirib. Futbolçular meydançaya çıxmağa hazır olmadığı üçün start heyətində dəyişiklik edilib

26 aprel