Vaksin vurulur, amma yoluxma və ölüm ARTIR - Səbəb nədir? - AÇIQLAMA
Son günlər insanları narahat edən əsas məsələlərdən biri yoluxma sayının artmasıdır. Onları düşündürən sual budur ki, 1-ci və 2-ci dalğada yoluxma və ölüm halı daha az idi. Bəs niyə vaksin vurulmasına baxmayaraq, yoluxan və ölənlərin sayı artır?
Məsələ ilə bağlı infeksionist Nicat Əzimli Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, ölüm sayının çoxalmasının səbəbi yoluxmanın çox olması ilə əlaqəlidir:
"Yoluxma sayının çox olmasına baxmayaraq, ölüm sayında ciddi artım müşahidə olunmur, xəstəliyin letallığında dəyişiklik yoxdur. Sadəcə ümumi yoluxma sayı artdığı üçün ölüm sayı da buna uyğun olaraq artıb.
Yoluxma sayının artması isə yeni variantların yoluxuculuq xüsusiyyətinin yüksək olması ilə əlaqədardır. Buna müvafiq olaraq, təbii ki, yoluxma sayının artması gözlənilən idi. Bir məsələ də var ki, artıq qapanmalara gedilmir, iaşə obyektlərinin açıq olması və sıx kontaktın mövcudluğu yoluxma sayına öz təsirini göstərir.
Buna səbəb, birinci növbədə, ölkəmizdəki vaksinasiya olunmuş əhali sayının faiz nisbətinin lazım olan səviyyədən hələ aşağı olmasıdır. İkinci məsələ bizdə ən çox istifadə olunan "Coronavac"ın effektivliyinin digər vaksinlərlə müqayisədə zəif olmasıdır. Üçüncüsü, hazırda dominant olan delta variantının immunitetdən yayına bilmə xüsusiyyəti var. Son olaraq isə, karantin rejimində axır vaxtlar uzun müddət davam edən yumşalmalarla birlikdə insanlar arasında sıx təmasın artmasını səbəb göstərə bilərik".
ZAİRA AKİFQIZI
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3310 Tarix: 06 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021