Füzuli Beynəlxalq Hava Limanı bölgəyə və Azərbaycana nələri vəd edir? - AÇIQLAMA

Füzuli Beynəlxalq Hava Limanı bölgəyə və Azərbaycana nələri vəd edir? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün Füzuli Beynəlxalq Hava Limanında əlamətdar hadisə baş verib. Belə ki, hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan, "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysini həyata keçirərək, işğaldan azad olunan Qarabağın ilk hava limanında eniş edib. Bəs Füzuli Beynəlxalq Hava Limanı bölgəyə və Azərbaycana nələri vəd edir?

Mövzu ilə bağlı deputat Vahid Əhmədov bildirib ki, Füzuli Beynəlxalq Hava Limanının açılması Qarabağ zonası üçün çox böyük əhəmiyyət kəsb edən addımdır:

"Çünki həmin hava limanının açılması həm mülki, həm də yük təyyarələrinin istifadəsi üçün çox vacibdir. Qeyd etmək lazımdır ki, Qarabağ bölgəsində çox böyük işlər gedir. Cənab Prezidentin rəhbərliyi altında həmin ərazilərdə böyük tikinti işləri aparılır. Füzuli Beynəlxalq Hava Limanı, həmin bölgələrdəki tikinti işlərinin aparılması, müəyyən tikinti materiallarının oraya daşınması və bölgənin infrastrukturunun inkişafı məsələsində böyük yardımçı olacaq".

Deputat, həmçinin, qeyd edib ki, insanlarda Qarabağ regionuna maraq böyükdür:

"Həm daxildə, həm xaricdə Qarabağa olan marağı biz sezə bilirik. Xarici investorlarla yanaşı, qardaş Türkiyə dövlətinin şirkətləri də burada müəyyən tikinti-bərpa işlərini həyata keçirirlər. Ona görə də həmin hava limanının açılması bölgə üçün çox vacibdir. Onu da qeyd edim ki, Füzulidəki hava limanından sonra Zəngilan, Laçın və Kəlbəcərdə də aeroportlar tikiləcək. Qarşıda çox böyük və perspektivi yüksək olan işlərin həyata keçirilməsi gözlənilir. Hesab edirəm ki, Qarabağ bölgəsi 5-6 ildən sonra Azərbaycanın ən inkişaf etmiş və müasir standartlara uyğun ərazisi olacaq. Bölgənin həm iqtisadi, həm turizm, həm də kənd təsərrüfatı sahəsində gələcəyi çox parlaqdır. Qarabağ Azərbaycan üçün əhəmiyyət kəsb edən bölgədir. Qarabağı inkişaf etdirmək Azərbaycan üçün prioritet məsələdir.

Əsas məsələ budur ki, təhlükəsizliyin təmin edilməsində həmin bölgədə hər hansısa bir problem yaranmasın. Nəzərə alaq ki, sülhməramlıların nəzarət etdiyi bölgədə hələ də qanunsuz erməni diversantlar mövcuddur, ordumuza qarşı atəşkəsi pozurlar və 10 noyabr tarixli üçtərəfli bəyənata əsasən həmin silahlılar bölgədən çıxarılmayıb. Düşünürəm ki, bu məsələlər qısa müddətdə öz həllini tapacaq. Vaxt gələcək, orada heç kim olmayacaq. Yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıyan şəxslər bölgədə yaşayacaqlar. Qarabağın "status" məsələsi də birdəfəlik "zibilliyə gedəcək". Yəni bu məsələlərin həlli müəyyən qədər vaxt tələb edir. Ona görə də belə bir hava limanının açılması və oraya gediş-gəlişin olması istər mülki, istərsə də yükdaşıma sahəsində çox böyük inkişafa səbəb olacaq".

Saytımız deputat Ceyhun Məmmədovun fikirlərini də öyrənib.

Onun sözlərinə görə, həmin hava limanı işğaldan azad olunmuş ərazilərin iqtisadi yüksəlişində də böyük yardım edəcək:

"Bu, bölgədə yükdaşımalarla yanaşı, sərnişin daşımalarına da çox ciddi təsir göstərəcək. Bütövlükdə götürsək, Azərbaycanın Qarabağ və ətraf bölgələrində sürətli iqtisadi artım və iş yerləri olacaq. Həmçinin, əhalimizin Füzuliyə yaxın olan rayonlar, əsasən də Şuşa, Cəbrayıl və Şərqi Zəngəzurun digər yerlərinə hava nəqliyyatından istifadə edərək getməsində həmin hava limanı böyük rol oynayacaq. Digər məsələlərdən biri də turizm sektorudur".

Ceyhun Məmmədov qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə, əsasən də Şərqi Zəngəzurda və Qarabağın özündə çox böyük turizm potensialı mövcuddur:

"Ümumiyyətlə, bu gün turizmin inkişafında hava nəqliyyatı çox ciddi rol oynayır. Onu da qeyd etmək lazımdır ki, bu ərazilər Zəngəzur dəhlizinə gedən nəqliyyat və dəmiryolunun üzərində yerləşir. Hesab edirəm ki, Füzuli Beynəlxalq Hava Limanı gələcəkdə, Zəngəzur dəhlizi işə düşəndən sonra həmin dəhlizin inkişafında öz sözünü deyəcək. Bölgədə sərnişinlərin və yüklərin daşınması ilə bağlı proseslər xeyli asanlaşacaq".

Rafi Müslümov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1308   Tarix: 06 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR?- AÇIQLAMA

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra idarəetmə sahəsində bir sıra dəyişikliklər həyata keçirildi. İlk olaraq bələdiyyələrin sayının azaldıması və birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlandı. Eyni zamanda Qarabağda bir sıra ərazilərə prezidentin xüsusi nümayəndəsi təyin edildi

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Azərbaycanda bu məşhur zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcək:. 1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzr

26 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasınd

26 aprel