İki nəfərin qatili ömürlük həbs cəzasından narazıdır
Tərtər rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Nuri Allahverdiyev barəsində olan ömürlük həbs cəzasından narazıdır.
Sonxeber.az-ın xəbərinə görə, o, məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.
İttihama görə, ötən ilin aprelin 26-da Tərtərin Ədalət Paşayev küçəsindəki binada yaşayan 25 yaşlı Cavid Məmmədlinin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib.
Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilib.
Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində C. Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb.
Meyitin asıldığı kəndirin nisbətən hündürlükdən və ağaca çıxmaqla bağlanılması ilə bağlı izlər aşkar olunub. Lakin ağacın budağına kəndiri asmaq üçün çıxan zaman düşən barmaq və ayaq izləri mərhuma aid olmayıb. Buna görə də meyitin dərisindən nümunə götürülərək Bakıya göndərilib.
Bakıda müayinədən sonra hadisənin qətl olması ilə bağlı şübhələr özünü doğruldub. Meyitin bədəninin müxtəlif nahiyələrində - yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri tapılıb. Həmin barmaq izləri ilə ağacdan kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 39 yaşlı N. Allahverdiyev saxlanılıb. Onun dindirilməsi zamanı daha bir qətl törətdiyi məlum olub.
N. Allahverdiyev 2018-ci ilin noyabrında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Rəşad Nərimanlının da qatili olduğunu etiraf edib.
İstintaq orqanı tərəfindən N.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Allahverdiyev ömürlük azadlıqdan məhrum olunub./Report/
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1222 Tarix: 11 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabrAzərbaycanı U-19 dünya çempionatında doqquz boksçu təmsil edəcək
Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanı doqquz boksçu təmsil edəcək. Bu barədə -aa Azərbaycan Boks Federasiyasından məlumat verilib. 12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək. Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatınd
15 oktyabrElcan Hacıyev və Murad Fətiyevdən qələbə - Yenilənir
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq. "Qafqazinfo" xəbər verir ki, yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar. S.Ağayevanın 1/32 finaldakı rəqib
8 oktyabr"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19 oktyabr"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb
İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı
15 oktyabrTomas Tuxel İngiltərə millisinin tarixində rekorda imza atıb
Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə milli komandasının tarixində 20 qələbə qazanmaqla rekorda imza atıb. xəbər verir ki, 53 yaşlı mütəxəssisə bu göstəriciyə çatmaq üçün 26 oyun kifayət edib. İngiltərə seçməsi UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunun IV turunda Çexiyaya 3:0 hesabı il
7 oktyabrİngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar
İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər
14 oktyabr