Rusiya Dövlət Dumasına seçkilər başa çatıb - YENİLƏNİB
VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.
Paytaxtda və ölkənin Mərkəzi regionlarında seçki məntəqələri bağlanıb.
Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir. Ölkə üzrə seçici aktivliyi 50 faizdən çox olub.
Parlamentin aşağı palatası ilə paralel olaraq Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.
Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub.
***
14:12
Bu gün Rusiyada vahid seçkilər günüdür.
Sonxeber.az xəbər verir ki, Rusiyada 17-19 sentyabr tarixlərində Rusiya parlamentinin aşağı palatasına - Dövlət Dumasına, ölkənin 9 Federasiya subyektinin başçısı postuna (daha üç bölgədə qanunverici məclislərin deputatları ən yüksək inzibati şəxsləri seçəcəklər), 39 regional parlamentə və bələdiyyələrə seçkilər keçirilir.
Seçki məntəqələri saat 08.00-dan saat 20.00-a qədər açıqdır.
Əsas səsvermə günü sentyabrın 19-na təyin edilib.
Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Moskvada səfərdədirlər. Sentyabrın 16-dan başlayan səfər sentyabrın 20-dək davam edəcək.
Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın