Tramp qardaşı qızından 100 milyon dollar təzminat istəyir - FOTO
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qardaşı qızı Meri Tramp və "The New York Times" qəzetini ailələrinin məxfi vergi qeydlərinin açıqlanmasına qoyulan qadağanı pozduğu üçün məhkəməyə verib.
Söhbət 2018-ci ildə nəşr olunan bir məqalədən gedir, həmin vaxt jurnalistlər Trampın öz sərvətini qazandığı iddialarını təkzib etməyə çalışırdılar. Qəzetin öz mənbəsinə istinadən yazdığına görə, keçmiş prezidentin atası, sahibkar Fred Tramp vergidən yayınma sxemləri də daxil olmaqla oğluna 413 milyon dollar qoyub.
Meri Tramp ailəsi haqqında yazdığı "Too Much and Never Enough: How My Family" kitabında qəzetin istinad etdiyi həmin mənbənin özü olduğunu etiraf edib.
Donald Tramp iddia ərizəsində 100 milyon dollar təzminat istədiyini bildirib. O, qardaşı qızını məlumatları qəzetə ötürməklə 2001-ci ildə məxfilik barədə gəlinən razılığı pozmaqda, jurnalistləri isə bu qadağanı bilə-bilə şəxsi mənfəətləri üçün bu məlumatları ondan almağa çalışmaqda ittiham edib.
İddiada o, Meri Tramp və jurnalistlərin şəxsi intiqam və siyasi gündəmi dəyişdirmək istəyi ilə hərəkət etdiklərinə diqqət çəkib./oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1533 Tarix: 23 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən əlli ilə yaxındır ki, bir stəkan da olsun su içmədiyini etiraf edib. qafqazinfo-ya istinadən xəbər verir ki, 96 yaşlı milyarderin su əvəzinə gün ərzində nə qəbul etdiyi barədə məlumatı başqa bir milyarder Bill Ekman açıqlayıb
1 noyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrBu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
İspaniyanın Barselona şəhərində təhlükəli xəstəliklər yayan ağcaqanadların sayını azaltmaq məqsədilə 1,5 milyondan çox bakteriya daşıyan erkək ağcaqanad təbiətə buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, bu, Avropada həmin üsulla həyata keçirilən ilk genişmiqyaslı sınaqdır. Proqramın əsas hədəf
1 noyabrRubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
ABŞ Dövlət katibi Marko Rubio ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən digər dövlətlərə qarşı iqtisadi və ya siyasi təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ diplomatiyası rəhbərinin Atlantada G20 ölkələrinin xaric
1 noyabr"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabr