Türkiyə ordusunda daha bir İLK: Baş çavuşlar da professor ola biləcək
Türkiyə Silahlı Qüvvələrində xidmət edən kiçik zabit heyəti üçün mövcud olan bir sıra məhdudiyyətlər aradan qaldırılıb.
Sonxeber.az "Odatv"yə istinadən xəbər verir ki, Türkiyədə aşağı zabit heyətinin peşə hazırlığına dair Əsasnaməyə mühüm dəyişikliklər edilib.
Sözügedən dəyişiklikləri dəyərləndirən Türkiyə İstefada Olan Kiçik Zabitlər Dərnəyinin rəhbəri Hamza Dürgen bu addımın hətta çavuşlar üçün də yeni imkanlar yaratdığını bildirib:
"Əvvəllər kiçik zabitlər birbaşa müəllim işləyə bilməz, bu işdə yalnız əvəzedici olaraq çalışmaq hüququna malik idilər. O baxımdan, kiçik zabitlərin hüquqlarının qorunması və bu məhdudiyyətin qaldırılması üçün davamlı mübarizə aparırıq.
Artıq müvafiq Əsasnaməyə edilən dəyişikliyə uyğun olaraq kiçik zabitlər müəllim vəzifəsində işləyə biləcəklər. Yəni kiçik zabitlər bundan sonra Milli Müdafiə Nazirliyinin nəzdində olan universitetlərdə professor-müəllim heyətinə daxil ediləcəklər.
İlk addım kimi dörd nəfərin təyinatı baş tutacaq. Artıq universitetlərdə müəllim heyətinə daxil edilmiş kiçik zabitlər də dosent və ya professor statusu ala biləcəklər. Bu gedişlə gələcəkdə baş çavuş da professor olmaq imkanı qazanır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək