Əfsanəvi Türk xaqanının məzarı tapıldı? - Tarixçiləri mat qoyan İDDİA

Əfsanəvi Türk xaqanının məzarı tapıldı? - Tarixçiləri mat qoyan İDDİAOğuzların ulu əcdadı hesab olunan əfsanəvi türk xaqanı Alp Ər Tonqanın məzarının tapıldığı iddia olunur.

Sonxeber.az "Odatv"yə istinadən xəbər verir ki, bu iddia ilə Türkiyə Qazi Universitetinin professoru Necati Demir çıxış edib.

Tarixi mənbələrə əsasən, Türk xaqanı Alp Ər Tonqa eramızdan əvvəl VII əsrdə yaşayıb. O dövrdə Altaylardan Qafqaza qədər uzanan geniş coğrafiyada Turan İmperiyası qurduğu bildirilir. Türk tarixinin ən qədim ədəbi və siyasi əsərlərindən sayılan "Divanü-Lügat-it-Türk" və "Qutadqu Bilik"də əfsanəvi hökmdardan bəhs edilib. Eyni zamanda, Firdovsinin "Şahnamə" poemasındakı Əfrasiyabın da Alp Ər Tonqa olduğu bildirilir.

Alp Ər Tonqanın məzarı indiyə kimi daha çox Türkmənistanın Mərv şəhərində axtarılırdı. Çünki həmin şəhərin tarixinin məhz onun adı ilə başlandığı deyilir.

Professor Necati Demir isə Alp Ər Tonqanın məzarını Özbəkistanın Buxara şəhərində tapdığını iddia edib:

"Türk dünyasına sayğı ilə bəyan edirik ki, türklüyün ulu əcdadı Alp Ər Tonqanın məzarı Buxarada tərəfimizdən tapılıb. Türk dünyasına salam olsun..

Qədim ərəb və fars mənbələrində Alp Ər Tonqanın məzarının Buxarada olduğu yazılıb. Bu işdə yerli tarixçilər və tədqiqatçılardan dəstək aldım. Məzarla bağlı detalları qarşıdakı günlərdə açıqlayacam".

Lakin tarixçilər professorun bu açıqlamasına hələ ki skeptik yanaşaraq, onun iddiasını təsdiqləməyə tələsmirlər./Yenicag/
Əfsanəvi Türk xaqanının məzarı tapıldı? - Tarixçiləri mat qoyan İDDİA


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2769   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

Hindistanda quyudan çıxarılan kiçik, rəngsiz və kor balığın elm üçün tamamilə yeni növə aid olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə məlumat yayıb. Təxminən 4 santimetr uzunluğunda olan balığın ən qeyri-adi xüsusiyyəti onun bütün həyatını yeraltında keçirməsidir. Alimlər bildirirlər ki, bu

30 avqust
.

Universiteti yarımçıq buraxıb, uşaqlıq xəyalına sarılan gənc milyoner oldu

ABŞ-ın Mayami şəhərində yaşayan Andres Fernandez uşaqlıq həvəsini milyon dollarlıq biznesə çevirib. Biznes təhsili aldığı universiteti cəmi bir semestrdən sonra yarımçıq qoyan Fernandez bütün diqqətini Pokémon kartlarının satışına yönəldib. xarici mediaya istinadla xəbər verir ki, Fernandezin Pokémon-

31 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

Maşında ürəkbulanma niyə yaranır? - SƏBƏB

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkət xəstəliyi zamanı ürəkbulanma ilə yanaşı baş ağrısı, soyuq tər və halsızlıq da müşahid

30 avqust
.

Toyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər

30 avqust
.

Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur

İsveçrə tikinti sektorunda ciddi işçi çatışmazlığı ilə üzləşib. Ölkədə hazırda 20 mindən çox boş iş yerinin olduğu bildirilir. Ən çox daş ustalarına və tikinti üzrə iş rəhbərlərinə ehtiyac var. xəbər verir ki, məlumata görə, kadr çatışmazlığının əsas səbəblərindən biri demoqrafik dəyişikliklərdir. Tikint

31 avqust
.

Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO

Toyda ənənəvi gəlin buketi atma mərasimi zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, subay qonaqlar buketi tutmaq üçün sıraya düzüldüyü vaxt gəlin çiçəyi arxaya doğru atıb. Lakin buket gözlənilməz trayektoriya ilə uçaraq qonaqların başı üzərindən keçib və toy salonunun tavanındak

31 avqust
.

Yumurtanı bir il dondurucuda saxlamaq olar - Vacib qaydalar

Yumurtanı dondurucuda bir ilə qədər saxlamaq mümkündür. xəbər verir ki, bunun üçün yumurta ağı və sarısı fərqli qaydada dondurulmalıdır. Mütəxəssislər qeyd edirlər ki, xüsusilə yumurta sarısı dondurulduqda onun quruluşunda dəyişiklik baş verə bilər. Buna görə saxlama üsulunun düzgün seçilməsi vacibdir

30 avqust
.

Soyuducunu harada yerləşdirmək daha yaxşıdır?

Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. Mütəxəssislər soyuducu həddindən artıq dar yerdə quraşdırılarsa

29 avqust