Uşaqlarınıza bu çörəkdən verməyin

Uşaqlarınıza bu çörəkdən verməyinXüsusilə böyümə və inkişaf dövründə uşaqlarımızın sağlamlığına yüksək kalorili, az lifli, aşağı vitamin və mineral tərkibli qidalar, qazlı və şəkərli içkilər, çips, şokolad, biskvit və tortlar, qızardılmış kartoflar, hazır xəmir yeməklər və fəst fud mənfi təsir göstərir.

Sonxeber.az xəbər verir ki, bəzi valideynlər uşaqlarının kökələcəyindən qorxaraq onlara pəhriz qidaları verirlər. Bu qidalar da uşaqların sağlamlığına mənfi təsir göstərir.

Qazlı içkilər, çay və qəhvə çox miqdarda istehlak edildikdə bədəndə dəmir çatışmazlığına səbəb olur. Şəkərli içkilər həddindən artıq enerji istehlakına səbəb olduqları üçün çəki artımına gətirib çıxarır. Meyvə əvəzinə meyvə şirələri istehlak etmək uşağınızın vitamin və minerallardan məhrum olması deməkdir. Fəst fud, pizza, hamburger, sosis, dönər kimi istehlak edilən qidalar A və C vitaminləri və kalsium baxımından yetərsizdir. Bu vitaminlərin az qəbulu immunitet çatışmazlığına, ürək-damar xəstəlikləri və katarakt riskinin artmasına səbəb olur. Fəst fud məhsullarının tərkibindəki rəngləyici, ətir və ləzzətartırıcı maddələr, o cümlədən bu məhsulların düzgün istifadə edilməməsi və tez-tez istifadəsi xərçəng və diabet riskini artırır.

Son zamanlarda bir çox analar kəpəkli çörəyin uşaqlar üçün uyğun olduğunu düşünürlər. Ancaq böyüklərdən fərqli olaraq kəpəkli məhsullar uşaqların inkişafına mənfi təsir göstərir. Həddindən artıq kəpəkli qida dəmir və kalsium kimi uşaqların inkişafında əhəmiyyətli olan mineralların itirilməsinə gətirib çıxarır. Həmçinin uşaqlara yüngül süd məhsulları da verirlər. Yetkinlər üçün sağlam qidalanma sayılan yüngül süd məhsulları uşaqların inkişafı üçün uyğun deyil. Çünki uşaqların beyin inkişafı üçün doymuş yağ turşularına ehtiyacı var və bu yağ turşuları yüngül süd məhsullarında yoxdur. Qatqıları olan məhsulların uşağınızın sağlamlığına mənfi təsir etdiyini unutmayın. /axar.az/


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2613   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

25 oktyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

3 noyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr