Avropanın qaz problemi: Bu qış çox soyuq olacaq - TƏHLİL

Avropanın qaz problemi: Bu qış çox soyuq olacaq - TƏHLİLAvropanın problemləri səngimək bilmir. Bir problemi həll etməmiş digəri başının üstünü kəsdirir. Bu dəfə "Köhnə dünya"nın enerji təchizatı ilə bağlı problemi yaranıb. Əslində isə Avropanın enerji böhranı ilə üzləşəcəyi illər öncədən proqnozlaşdırılırdı. Avropanın bir çox ölkələri qaz idxalında şaxələnmə üçün çalışsalar da, sözügedən məsələ vaxtında həllini tapmadı. Bu da indiki gərginliyin yaranmasına gətirib çıxardı. Bir sözlə, qazın qiymətinə görə bütün Avropa iqtisadiyyatı, az qala çökmək təhlükəsi altındadır.

Mövzu ilə bağlı "Kaspi" qəzetində təhlil yazısı yayımlanıb.

Ötən ay Avropa birjalarında qaz fyüçerslərinin qiyməti hər min kubmetr üçün 660 dollar olduğu halda, keçən həftə 970 dollara çatıb ki, bu da görünməmiş bir həddir. Yeraltı qaz anbarlarında də vəziyyət qənaətbəxş deyil. Oktyabr ayı olmasına baxmayaraq, bu, həddindən artıq aşağı səviyyə qəbul edilir. Yeraltı qaz anbarlarına qaz, əsasən, yay fəslində doldurulur. Qışda tələbat pik həddə çatdığı zaman yeraltı qaz anbarlarından istifadə olunur. Avropanın əsas problemlərindən biri də İttifaqa daxil olan ölkələrin hasilatının kəskin azalmasıdır. Hazırda Avropanın elə bir ölkəsi yoxdur ki, onun hasilatında artım qeydə alınsın. Proqnoz belədir ki, 2022-ci ilin ortalarına doğru Avropanın ən böyük təbii qaz yatağı olan "Groningen"də hasilat tamamilə dayana bilər. Avropanın elektrik istehsalının 24 faizini məhz qazın təşkil etdiyini nəzərə alaraq, qiymətlərin artması, elektrik enerjisinin qiymətlərini tarixdə ən yüksək səviyyəyə qaldırıb.

Bəziləri ilk gündən artımı Rusiya ilə bağlasalar da, artıq bu iddia Qərbin özü tərəfindən də təkzib olunur. "Linde Engineering" şirkətinin rəhbəri Yurqen Noviçki rəsmən bəyan edib ki, Avropada qaz böhranın səbəbini elə Avropanın özündə axtarmaq gərəkdir. Səbəblər sırasında isə ilk növbədə qazın nəqlini vaxtında çatdıra bilməmək, lokdaundan sonra tələbin təklifi keçdiyini nəzərə almamaq və s. göstərilib. Qərb ekspertləri hesablayıblar ki, 2020-ci ildə koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyat 4 faiz aşağı düşüb. Bu il isə dünya iqtisadiyyatının bərpa olunması, məhdudiyyətlərin qaldırılması fonunda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sektorunda müsbət tendensiya müşahidə edilib. Bu da enerjiyə tələbatı artırıb. Hətta analitiklər bu il rekord həcmdə - 6 faizlik artım proqnozlaşdırırlar. Bu da qaza olan tələbatı ilin sonuna kimi 4 faizə qədər artıracaq.

Hazırda Avropaya əsas qaz tədarükçüsü "Qazprom"dur. İqtisadi ekspert Viktoriya Voytsitskaya hesab edir ki, "qaz monopolisti" Avropanın diz üstə "süründüyü" anı gözləyir. Qalmaqallı "Şimal axını-2" qaz kəmərinin işə salınması halında, belə bir ssenari mümkündür. Analitiklər deyirlər ki, Rusiya Qərbi şantaj edir. Vladimir Putin açıq şəkildə deyir ki, Avropada qiymətlər "Şimal axını-2" qaz kəməri işə düşən kimi sabitləşəcək.

Artıq Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək "Şimal Axını-2" kəmərinə qazın doldurulmasına başlanıb. İsveçrədə mənzillənən və Rusiyanın "Qazprom" şirkətinin törəməsi olan "Nord Stream 2 AG" şirkəti bildirib ki, kəmər tədricən qazla doldurulacaq. "Şimal Axını-2" kəmərinin istifadəyə verilməsi Avropanın kəskin qaz çatışmazlığı ilə üzləşdiyi bir dövrə təsadüf edir. Almaniya mediası bildirir ki, qazın verilməsinə artıq bu ay başlana bilər. "Şimal Axını-2" Rusiya qazının ənənəvi tranziti olan Ukraynadan yan keçir. Kiyev və bir sıra Qərb ölkələri bu kəmərin tikintisinə qarşı idi. Kəmərin tikintisi Ukraynanı ildə 2 milyard dollar tranzit gəlirlərindən məhrum edəcək. Tam istismara verildikdən sonra bu kəmər vasitəsilə Avropa bazarına ildə 55 milyard kubmetr qaz nəql olunacaq.

Bəs belə bir durum Azərbaycana sərf edirmi? Əlbəttə, əlverişli hesab edilə bilər. Proqnozlar göstərir ki, qış sərt keçərsə, Avropada təbii qazın 1000 kubmetri hətta 1500 dolları keçə bilər. İnkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin təbii qaz istehlakını yaxın 10 ildə ən azı 15 faiz artıracağı gözlənilir. Bu isə mühüm qaz təminatçılarından biri kimi Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin daha güclü hala gəlməsini şərtləndirir. İlk növbədə o baxımdan ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə hesab edilir. Bu kontekstdə ötən ilin sonunda tam istifadəyə verilmiş "Cənub Qaz Dəhlizi"ni xüsusi qeyd etmək olar.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TAP vasitəsilə ildə 8 milyard kubmetr qazın İtaliyaya, qalan 2 milyard kubmetr qazın isə Yunanıstan və Bolqarıstana nəql olunacağı nəzərdə tutulur. Lakin sonradan bu həcmlər artacaq və artıq bir sıra digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.

Avropadakı qaz böhranı Cənub Qaz Dəhlizinin nə qədər uzaqgörən bir layihə, Azərbaycanın onu reallaşdırmaq üçün çəkdiyi bütün əziyyətlərin səmərəli olduğunu bir daha sübuta yetirir. Halbuki, bir vaxtlar ona çəkilən xərclər səmərəsiz hesab edilirdi. Beləliklə də, Avropadakı qiymət artımları gələcəkdə Azərbaycanın TANAP və TAP kimi strateji layihələrinin əhəmiyyətini daha da böyüdür.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2649   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızılın son qiymətləri bəlli oldu

11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd

11 noyabr
.

DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"

Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasınd

6 noyabr
.

Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 49,9 %-i və yaxud 12 milyard 643 milyon manatı sosialyönlü xərclər olub. Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və yaxud 14,

29 oktyabr
.

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib. Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə monarx II Msvati məlumat verib

9 noyabr
.

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 760 milyon dollara yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin dəyəri 759 milyon 552,9 min ABŞ dolları olub. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 250 milyon 401,4 min ABŞ dolları (24,7 %) azdır

30 oktyabr
.

Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,8

10 noyabr
.

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu sabit saxlayıb. xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın noyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib. EIA-nı

11 noyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr