Soyuq aylarda ürək-damar xəstəliklərinin kəskinləşməsi və ürək tutmaları iki dəfə artır

Soyuq aylarda ürək-damar xəstəliklərinin kəskinləşməsi və ürək tutmaları iki dəfə artırSoyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır.

Ürək çatışmazlığı, xroniki koronar sindromu, anadangəlmə və ya qazanılma ürək qüsurları olanlar, ağır ürək əməliyyatı və ya AKŞ (aorta koronar şuntlama) keçirənlər, yaxın zamanda miokard infarktı keçirənlər, müxtəlif ritm pozuntusu və ya paroksizmal aritmiya tutmalarından əziyyət çəkənlər risk qrupuna daxildirlər.

Soyuq aylarda həmin xəstələrin xəstəliklərinin kəskinləşməsi halı və ürək tutmaları iki dəfə artır.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri invaziv kardioloq Samir Mustafayev soyuq havalarda ürək-damar xəstəliklərinin kəskinləşməsi barədə danışarkən deyib.

Həkim-mütəxəssis qeyd edib ki, soyuq hava siqaret istifadəçilərinin də ürək-damar xəstəlikləri riskini artırır:

"Ümumiyyətlə bu zərərli vərdişi tərgitmək və ya sayını önəmli dərəcədə azaltmaq tövsiyə edilir. Həmçinin xroniki ürək xəstəliyi olanlar soyuq havalarda, açıq məkanlarda idman və ya hər hansı bir fiziki aktivlikdən çəkinməli, çölə çıxdıqda isti geyinməli, sinə və başı isti saxlamalı, kütləvi toplaşma olan yerlərdə tibbi maskadan istifadə etməlidirlər.

Onu da qeyd edim ki, bir invaziv kardioloq kimi pasiyentlər mənə daha çox ürəyin işemik xəstəlikləri, ürək çatışmazlığı, aritmiya və arterial təzyiqin yüksəlməsi kimi şikayətlərlə müraciət edirlər".

S.Mustafayev, həmçinin ürək-damar xəstəliklərinin müalicəsində düzgün qidalanmanın və idmanın əhəmiyyətindən də danışıb.

Qeyd edib ki, sağlam qidalanma ürək funksiyalarının düzgün işləməsində çox vacib rol oynayır:

"Ürək üçün faydalı olan dərmanlarla yanaşı, məşq və pəhriz də sağlamlıq üçün vacib hesab edilir. Həftə ərzində minimum 150 dəqiqə sürətli tempdə gəzmək ürək üçün olduqca faydalıdır. Ümumiyyətlə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır.

Ürək-damar xəstələri əsasən tərəvəz və meyvələrə üstünlük verməli, qırmızı ət istehlakını mümkün qədər azaltmalıdırlar.

Həmçinin duzun təzyiqi qaldırdığını nəzərə alaraq, qidalanmada duzun miqdarını azaltmaq lazımdır. Çox duz istifadəsi ürək çatışmazlığı, infarkt, insult və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək.

Digər vacib məqam yağsız yeməklərdir. Risk qrupuna daxil olanlar əsasən qızartma yeməklərdən uzaq durmağa çalışmalıdırlar, çünki yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infarkt və insultun yaranma riskini artırır.

Qırmızı ət və ya digər qidalardan istifadə zamanı, onları qızartmaq əvəzinə qaynadaraq və ya sobada bişirərək yemək daha faydalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1259   Tarix: 27 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr
.

Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Boşanma zamanı ər-arvad arasında yaranan ən ciddi mübahisələrdən biri nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı olur. Xüsusilə ailə qurduqdan sonra alınan evin kimin mülkiyyətində qalacağı, mənzilin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinin bölgüyə necə təsir edəcəyi və ipotek

12 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr