Atasının illərlə gizli saxladığı otağına girən gənc sürprizlə qarşılaşdı
Atasının 10 ildir qapısı bağlı olan gizli otağının qıfılını qıran gənc içəridə sürprizlə üzləşib.
Bu barədə başına gələnləri barədə "RomanTesticles" ləqəbli istifadəçi "Reddit"də bölüşüb.
Onun sözlərinə görə, atası ailə üzvlərindən heç kimə uzun illər o otağa girməyə icazə verməyib, bu barədə suallara isə əsəblə cavab verib.
"Bir dəfə 12 yaşım olanda atam məni qıfılı açmağa çalışarkən yaxaladı. Sonra məni uzun müddətli cəza gözləyirdi", - deyə oğlan xatırlayır.
Gəncin sözlərinə görə, onların ailəsində həmişə zarafatla atalarının yəqin ki, orada zaman maşını düzəltdiyini, ya da insan meyitləri gizlətdiyini deyiblər.
Nəhayət uzun illərdən sonra 22 yaşlı gənc qıfılı açmağın sirrini öyrənib. Bir gün valideynlərigilə qonaq gələndə isə, hamının yatmağından istifadə edib və qapını açıb.
Burada oğlan üzərində hərflər yazılmış çoxlu qəribə kisələr tapıb, ancaq onun diqqətini konteynerlər cəlb edib. Məlum olub ki, bura narkolaboratoriyadır, kişi xüsusi göbələklər yetişdirirmiş.
"Mən onların nə cür göbələklər olduğunu başa düşdüm, əks halda onları niyə gizlincə böyütmək lazımdır ki? Bəzi qablarda onlardan az olsa da, digərlərində meşə kimi idi. Atamın sirrinin xoşagəlməz ola biləcəyini anlayırdım, amma hər halda gizli anbarda narkotik laboratoriyası görəcəyimi gözləmirdim", - deyə gənc etiraf edib.
Maraqlıdır ki, atası gəncə həmişə alkoqolun təhlükələri haqqında mühazirələr oxuyurmuş.
"Buna görə də yəqin ki, satış uçun yetişdirdiyi göbələk istixanasını tapmaq mənim üçün böyük sürpriz oldu", - deyə o əlavə edib.
Sonda gənc etiraf edib ki, atası ilə münasibətlərini korlamamaq üçün heç vaxt qardaş və bacılarına bu kəşfi barədə deməyəcək.
Şərhlərdə bir çox istifadəçi atasının problem yaşamaması üçün müəllifə yazını silməyi tövsiyə edib. Bir çoxları isə iznsiz otağa girib atasının konfidensiallıq hüququnu pozduğuna görə oğlanı qınayıb.oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO