İran şahları bu avtomobillərdə gəzirdi - Dünyada bir dənədir - FOTO
İranın paytaxtı Tehranda avtomobil sərgisi açılıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, burada "Mercedes", "Cadillac", "Rolls Royce", "Porsche", "Ferrari", "Maserati", "Lamborghini", "Chrysler" kimi məşhur avtomobil markalarına rast gəlmək mümkündür.
Muzeydə İran şahı Nəsrəddin Şah Qacarın Nasiri faytonu da yer alıb. Bundan başqa, ziyarətçilər muzeydə 1909-1925 illərdə ölkəni idarə edən Əhməd Şah Qacara aid "Panther-Laser" avtomobilini də görə bilərlər. Bu maşın 1922-ci ildə istehsal olunub.
Rza Şah və Məhəmməd Rza Şah Pəhləvinin xanımları Fərəh və Sürəyya ilə oğlu Rza Pəhləviyə aid olan maşınlar da muzeydəki avtomobillər sırasındadır.
Maraq üçün bildirək ki, Rza Şaha aid ABŞ istehsalı "Pierce-Arrow A" markalı avtomobilin qiyməti o dönəmdə ölkə büdcəsinin 1/8-i qədər olub. Avtomobil qızılı işləmələrlə diqqət çəkir.
Rza Pəhləviyə məxsus "MPV Tahran" avtomobili isə dünyada bir tək onda olub.
"Mercedes", "Porsche" ve "Volkswagen" şirkətlərinin ortaq istehsalı olan maşının iki ayrı əyləc sistemi, o cümlədən gümüş və qızıldan iki açarı var.
Avtomobil gümüş açarla işə salınanda sadəcə, iki sürət qutusu fəaliyyət göstərir və maşının maksimum sürəti saatda 30 km olur. Mühərriki qızıl açarla işə salanda isə, artıq 4 sürət qutusu çalışır və avtomobili saatda 170 km-ə qədər idarə etmək mümkündür.
İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci arvadı Sürəyya İsfəndiyarinin xidmətində isə "Chrysler 300" markalı avtomobil olub. Maşın xüsusi dizaynla hazırlanıb və qızılı bəzəkləri ilə diqqət çəkir.
Muzeydə yer alan və istifadə edilən illərdə sərvət dəyərində olan avtomobillərin əksəriyyəti ölkə rəhbələrinə və ya onların yaxınlarına aiddir. Burada dünyada sadəcə 4 ədəd istehsal edilən "Rolls Royce Phantom-4" modelini də görmək mümkündür.
Muzeydə ümumilikdə 61 nəqliyyat vasitəsi var. Bunlardan 55-i avtomobil, 4-ü motosiklet, ikisi isə faytondur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO