ÜST-dən XƏBƏRDARLIQ: Fırtınadan əvvəlki sakitlikdir, daha bir qorxulu epidemiya gəlir
COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə 22 milyondan çox uşaq qızılcaya qarşı iki peyvəndin birincisini buraxıb, bu isə xəstəliyin yayılma riskini artırıb.
Sonxeber.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yaydığı birgə hesabatda deyilir.
"2020-ci ildə 22 milyondan çox uşaq qızılcaya qarşı peyvəndin ilk dozasını buraxıb. Bu, 2019-cu illə müqayisədə 3 milyon nəfər çoxdur, hansı ki, son iki onillikdə ən böyük artımdır və epidemiyaların yayılması üçün təhlükəli şərait yaradır", - deyə ekspertlər bildiriblər.
Hesaba görə, uşaqların yalnız 70%-i peyvəndin ikinci dozasını alıb ki, bu da əhalini qorumaq üçün tələb olunan 95%-lik immunizasiya əhatəsindən xeyli azdır.
Hesabat müəlliflərinin fikrincə, 2020-ci ildə 2019-cu illə müqayisədə 80% az hal qeydə alınsa da, dünyada qızılcaya qarşı ümumi epidemioloji nəzarət zəifləyib.
Bu, xüsusən də ötən il biomaterial nümunələrinin analiz üçün laboratoriyaya göndərilməsində özünü göstərdi (son 10 ildə ən az).
"Qızılca xəstəliyinin monitorinqinin və testinin zəif olması ölkələrin bu yüksək yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq qabiliyyətini təhlükə altına qoyur", - deyə qurumlardan bildirilib.
Qeyd edək ki, xəstəlik 26 ölkədə yayılıb, bu 2020-ci ildə bütün qızılca hadisələrinin 84%-ni təşkil edib. COVID-19 pandemiyası səbəbindən 23 ölkədə peyvənd kampaniyaları təxirə salınıb.
ÜST-ün İmmunizasiya departamentinin rəhbəri Keyt O'Brayn son bir ildə xəstəliklə bağlı daha az məlumat olduğunu deyərək epidemiya riskinin qlobal miqyasda artmaqda davam etdiyni və hazırda fırtınadan əvvəlki sakitliyin müşahidə olunduğu barədə xəbərdarlıq edib.
"Planlı peyvəndlər qorunmalı və gücləndirilməlidir. Əks halda biz bir ölümcül xəstəliyi digəri ilə əvəzləmə riski ilə üzləşirik", - deyə O'Brayn əlavə edib.
Qeyd edək ki, qızılca - ən yoluxucu viral xəstəliklərdən biridir. Bu, uşaq xəstəliyi hesab olunsa da, böyüklər də ona qarşı həssasdırlar.
Hava-damcı yolu ilə ötürülən infeksiya otit, meningit və ensefalit kimi fəsadlarına görə ölümcül təhlükəlidir.
Mütəxəssislərin fikrincə, son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölümün qarşısı alınıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO