Ata 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq, öldürmək istədi: "Rahatlığımı pozurdu"
13 günlük körpəsini zəhərləyərək öldürməyə çalışan ata həbs olunub.
Sonxeber.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Yalovada 13 günlük körpəsinin yeməyinə qarışqa zəhəri qataraq öldürməyə cəhd edən ata həbs edilib. 41 yaşlı ata polisə ifadəsində "Sərxoş idim. Körpənin rahatlığımı pozduğunu düşündüm. Yeməyinə bir qaşıq zəhər qatdım, ondan qurtulmaq istədim" deyə açıqlama verib.
Yalovada yaşayan Türkan və Serhat Oskan cütlüyü oktyabrın 28-də Ecrin adını verdikləri qızlarını dünyaya gətirib. Restoranda kuryer işləyən Serhat Oskan yeni doğulan körpəyə pis rəftar edib. Türkan Oskan ərinin körpəni istəmədiyini söyləyib. Çünki Serhat WhatsApp-da "Tam rahat olaq deyərkən uşaq ayaqbağı kimi dolandı ayaqlarıma" və "Başımıza bəla gətirdik" kimi paylaşımlar edib. Bundan sonra Serhat Oskan işdən qayıdarkən 13 günlük qızı Ecrinin yeməyinə qarışqa zəhəri qatıb.
Vəziyyətdən xəbərsiz Türkan Oskan axşam və səhər saatlarında Ecrinə 2 butulka uşaq yeməyi içdirib. Yemək bitdikdən sonra şüşədə qalıq olduğunu anlayan Türkan əvvəlcə yeməyin xarab olduğunu düşünüb. Lakin yeməyi zibil qutusuna atarkən zəhər qutusunu görən Türkan Oskan zəhər qutusunu digər qızı ilə ilə aptekə göndərib və onlardan zəhərin qatılıb-qatılmadığını öyrənib. Əczaçı qidaya zəhər qarışdığını bildirib. Bundan dərhal sonra Ecrin reanimasiya şöbəsində müalicə olunub. 1 günlük müalicədən sonra evə buraxılan Ecrinin səhhətinin yaxşı olduğu bildirilib.
Hadisədən sonra polis Serhat Oskanı yaxalayaraq saxlayıb. Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən Serhat Oskan "qəsdən adam öldürməyə cəhd" cinayəti ilə gətirildiyi məhkəmə tərəfindən həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?