Belarus Ukraynaya etiraz notası təqdim etdi
Belarusun Müdafiə Nazirliyi dövlət sərhədinin pozulması ilə bağlı Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib.
Bu barədə Belarus Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat verib.
Məlumatda bildirilir ki, 2021-ci il dekabrın 5-də Ukraynanın Belarus Respublikasındakı səfirliyindəki hərbi attaşe Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə çağırılıb:
"Ukrayna tərəfindən Belarus Respublikasının dövlət sərhədinin hava məkanının pozulması hallarının artması ilə əlaqədar attaşeyə etiraz notası təqdim edilib".
Bildirilir ki, buna səbəb 4 dekabr 2021-ci il tarixində Ukraynaya məxsus Mi-8 tipli helikopter tərəfindən Belarus Respublikasının dövlət sərhədinin hava məkanını pozulması olub. Belarus tərəfi hərbi attaşeyə məlumat verib ki, Ukrayna tərəfi həm beynəlxalq hərbi əməkdaşlıq, həm də silahlara nəzarət baxımından mübahisəli məsələlərin həlli üçün dialoqdan yayınır ki, bu da çox narahatedicidir.
Fakt olaraq isə, Belarus dövlət sərhədi yaxınlığında keçirilən bir sıra hərbi təlimləri göstəriblər.
Belarus Müdafiə Nazirliyi bildirib ki, bu faktların məcmusu ölkənin cənub istiqamətində təhlükəsizliyə təhdid ehtimalının olmasını göstərir.
Qeyd edək ki, dekabrın 4-də Belarus-Ukrayna sərhədində, Mozır sərhəd dəstəsinin "Novaya Rudnya" keçid məntəqəsi yaxınlığında Ukraynaya məxsus Mi-8 hərbi helikopteri təxminən 100 metr hündürlükdə dövlət sərhədini keçərək 1 km Belarus ərazisinə daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO