İsrailin baş naziri ilk dəfə BƏƏ-yə rəsmi səfər edəcək
İsrailin baş naziri Naftali Bennet bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşəcək.
Sonxeber.az-ın məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, baş nazir dekabrın 13-də Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşəcək.
"Baş nazir (Naftali - red.) Bennet Əbu-Dabinin vəliəhd şahzadəsinin dəvəti ilə bu gün BƏƏ-yə ilk rəsmi səfərinə yola düşəcək. Sabah (13 dekabr - red.) baş nazirin Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü keçiriləcək", - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, liderlər İsrail və BƏƏ arasında əlaqələrin dərinləşdirilməsini, o cümlədən iki ölkə arasındakı münasibətlərdə rifahın və sabitliyin artmasına töhfə verəcək iqtisadi və regional məsələləri müzakirə edəcəklər.
Sənəddə vurğulanır ki, bu, İsrail baş nazirinin BƏƏ-yə tarixdə ilk rəsmi səfəridir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 947 Tarix: 12 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrNATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
1 noyabrRusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabr