Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - Onların təyinatının ortaq nöqtəsi
Ankara və İrəvan münasibətlərin normallaşması üçün xüsusi nümayəndələrini təyin edib.
Sonxeber.az Qaynarinfo- ya istinadən xəbər verir ki, Türkiyəni ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanı isə vitse-spiker Ruben Rubinyan təmsil edəcək.
Paşinyanın bu vəzifəni niyə Rubenə tapşırdığı maraqlıdır: bu şəxs vitse-spiker olmamışdan öncə qısa müddətli olsa da xarici işlər nazirinin müavini idi, lakin diplomatik məharətinə görə bu missiyanı ona həvalə etməyiblər.
Birincisi, Nikol Paşinyana yaxın şəxsdir və görünür, erməni baş nazir Türkiyə ilə danışıqların detallarının dar çevrədən çıxmasını istəmir;
İkincisi, R.Rubinyan inqilaba qoşulmaq üçün Ermənistana gəlməmişdən öncə - 2017-2018-ci illərdə Türkiyədə fəaliyyət göstərib: Hrant Dink Fondunda işləyib və Sabançı Universitetində araşdırma aparıb, hətta müharibədən sonra vitse-spiker seçiləndə erməni müxalif mediası ona qarşı "türk agenti" ittihamları da irəli sürürüb.
Türkiyədəki erməni icması ilə yaxın münasibətləri var və hazırda erməni icması Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir;
Nikolun bu misiyanı "türklərin dilindən anlayan" Rubenə həvalə etməsi həm də normallaşma müzakirələrindən daha qazanclı çıxmaq istəyindən irəli gəlir, çünki İrəvan heç bir şərt olmadan danışıqlar aparmaq istəyir, Ankara isə müzakirəni Bakının maraqları çərçivəsində quracağını deyir. Sərhədlərin açılmasını istəyən Ermənistan Ankaranın istəyi ilə böyük ölçüdə razılaşmaq məcburiyyətindədir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu