Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçiriləcək
Bu gün Çilidə prezident seçkilərinin növbəti- ikinci turunda səsvermələr keçiriləcək.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, ən yüksək post uğrunda solçu Qabriel Borik və sağçı, Respublikaçılar Partiyasından Xose Antonio Kast mübarizə aparır.
"Cadem" şirkətinin dekabrın 3-də açıqladığı sorğunun nəticələrinə görə, respondentlərin 40%-i Borikə, 35%-i Kasta səs verməyə hazırdır. Qalan 25% isə səs verməyə hazırlaşmayacağını və ya hələ seçim etmədiyini cavablandırıb.
Çilidə prezident seçkilərinin birinci turu noyabrın 21-də keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. Lakin birinci turda namizədlərdən heç biri qanunvericilikdə tələb olunan səsləri toplaya bilməyib.
Çili qanunlarına görə, birinci turda qalib gəlmək üçün 50% + 1 səs toplamaq tələb olunur. Bununla belə, kampaniyanın liderləri, sağçı namizəd Xose Antonio Kast və onun əsas rəqibi Qabriel Borik müvafiq olaraq 27,97 və 25,70% səs toplayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1133 Tarix: 19 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
1 noyabrSankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
1 noyabrMalayziyada timsah 14 yaşlı məktəblini parçaladı
Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun
1 noyabrİranda məcburi geyim tələbi insanları işsiz qoyur - Video
"İranda Azərbaycanın orta təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi ilə bağlı müxtəlif bəyanatlar verildiyi, aksiyalar keçirildiyi, hətta rəsmi medianın iddiasına görə, Məşhəd şəhərində 11 kilometr uzunluğunda yürüş təşkil edildiyi günlərdə ölkənin özündə bu kontekstdə ciddi problemlə
1 noyabr