"SkyUp" aviaşirkəti Zaporojye - Bakı uçuşlarını dayandırır
Ukraynanın "SkyUp" aviaşirkəti Zaporojye - Bakı - Zaporojye uçuşlarını dayandırır.
Bu barədə "Report" Ukrayna mətbuatına istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Ukrayna Dövlət Aviasiya Xidmətinin "SkyUp" aviaşirkətinin Zaporojye də daxil olmaqla, üç şəhərdən reys lisenziyasını ləğv etməsidir.
Dövlət Aviasiya Xidməti direktorunun bununla bağlı sərəncamında deyilir ki, aviaşirkətin özü Xidmətə müvafiq ərizə ilə müraciət edib. Beləliklə, aşağı büdcəli aviaşirkət Kiyev, Xarkov, Lvov, Odessa və Zaporojyedən uçuş hüququndan imtina etmək qərarına gəlib.
Aviaşirkət bundan sonra Zaporojye beynəlxalq hava limanından Zaporojye- Bakı - Zaporojye (uçuş tezliyi: həftədə iki dəfə), Zaporojye - İstanbul - Zaporojye (uçuş tezliyi: həftədə dörd dəfə) reysləri üzrə uçuşları həyata keçirə bilməyəcək. Uçuşların ləğv olunmasının səbəbi açıqlanmır.
Ukrayna Dövlət Aviasiya Xidməti 2020-ci ilin sonlarında "SkyUp" aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib. Bundan sonra həftədə iki dəfə Zaporojye-Bakı aviareysi həyata keçirilib. Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılıb və məhdudiyyətsiz müddət üçün etibarlı hesab edilib.
Ötən ilin sonunda isə xəbər verilib ki, "SkyUp Airlines" aviaşirkəti dekabr ayında Azərbaycana qeyri-müntəzəm uçuş həyata keçirəcək. Bildirilirdi ki, aviaşirkət Bakı-Kiyev reysi üzrə qeyri-müntəzəm uçuşlar edəcək. Biletlərin qiyməti 8 100 qrivnadan (496 manat) idi. Bu çarter reysi Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün təşkil olunmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2859 Tarix: 02 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olub
İraqın Baş naziri Əli əz-Zeydinin təşəbbüsü ilə başladılmış antikorrupsiya kampaniyası ölkədə böhrana səbəb olub. "Report" xəbər verir ki, bu barədə ərəbdilli "Alhurra" telekanalı məlumat yayıb. Məlumata görə, təhqiqatlar silsilə həbslərə səbəb olub, həmçinin təkcə baş nazirin öz
19 iyulDaha bir gəmi Hörmüzdə minaya düşdü
Hörmüz boğazında daha bir tanker minaya düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb. Bildirilib ki, üç neft tankeri Hörmüz boğazından cənubda minalanmış ərazidən keçməyə cəhd edib. Onlardan biri minaya düşüb və gəmidə yanğın ba
23 iyulAnd dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər
22 iyulMessi ilə belə vidalaşdılar - (Video)
İdman geyimləri istehsalçısı "Adidas" Argentina millisinin kapitanı Lionel Messiyə həsr olunmuş xüsusi videoçarx yayımlayıb. xəbər verir ki, "Gracias, Leo" ("Təşəkkürlər, Leo") adlı videoda Messinin 2006-cı ildən 2026-cı ilə qədər qatıldığı dünya çempionatlarında geyindiy
22 iyulDəhşət: göldə əlini yumaq istəyən oğlanı timsah diri-diri uddu
Hindistanda baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb. xəbər verir ki, 12 yaşlı oğlan gölün kənarında əlini yumaq istəyərkən timsahın hücumuna məruz qalıb. Yırtıcı uşağı suya çəkərək parçalayıb. Hadisə ətrafdakı şəxslərin gözü qarşısında baş verib və bununla bağlı yayılan görüntülər yaılıb
19 iyul