Əri onu şeyxə satmaq istədi, qızı qəzada öldü - Beş dəfə ailə quran əfsanə - FOTO
"BBC"də yayımlanan əfsanəvi aktrisa Coan Kollinzin həyatından bəhs edən sənədli filmdə onun yaşadığı çətinliklər ortaya çıxıb.
Sonxeber.az axşam.az-a istinadən bildirir ki, beş dəfə ailə həyatı quran aktrisa yalnız sonuncu evliliyində xoşbəxtliyi tapa bildiyini etiraf edib.
Məlum olub ki, 88 yaşlı sənətçi birinci həyat yoldaşı aktyor Maksvell Ridlə ilk görüşündə təcavüzə məruz qalıb. O, 1952-ci ildə Ridlə ailə həyatı qursa da həyat yoldaşı tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalıb. Aktrisanın iddialarına görə, əri onu 10 min sterlinq müqabilində şeyxə satmağa çalışıb. Boşanma ərəfəsində Rid məşhurluğunu ona borclu olduğu iddia edib. Bu səbəbdən ayrılıq aktrisaya bugünkü pulla 1,9 milyon funta başa gəlib.
Coan 1963-cü ildə ikinci həyat yoldaşı, ingilis pop ulduzu Entoni Nyuli ilə ailə həyatı qurub. Entoninin fırıldaqçı olduğunu deyən aktrisa ərinin 6 illik evlilikləri müddətində ona davamlı olaraq xəyanət etdiyini açıqlayıb.
1972-ci ildə "Apple" şirkətinin rəhbəri Ron Kassa ərə gedən aktrisa "Üçüncü evliliyimdə maliyyə istismarına məruz qaldım" sözlərini işlədib.
Coanın dördüncü evliliyi isə skandinaviya müğənnisi Piter Holmla olub. O, bu həyat yoldaşının isə bütün işlərini nəzarətdə saxlamağa çalışdığını açıqlayıb. "O zaman karyeramın zirvəsində idim və bir komanda ilə işləyirdim. Lakin Piter vəkilimi, mühasibimi və menecerimi işdən çıxararaq həyatımı idarə edirdi", deyə, aktrisa bildirib.
O, beşinci həyat yoldaşı Persi Qibsonla 2000-ci ildə tanış olub. Coan özündən 32 yaş kiçik Persi Qibsonla xoşbəxt olduğunu etiraf edib. "Persi ilə tanış olan kimi bir-birimizə dəlicəsinə aşiq olduq. Hər şey heyrətamiz və gözəl idi. Bu evlilik mənim üçün bir mükafat oldu, çünki ilk dörd evliliyimdə bədbəxtliklərdən payımı almışdım. Dəhşətli boşanmalar yaşadım. Qızımı qəzada itirdim. Sonra iflas oldum, aktrisa kimi iş tapa bilməmək kimi bir çox problemlərlə qarşılaşdım. İndi Persi ilə çox xoşbəxtəm, sağ ol həyat", deyə, aktrisa müsahibəni bitirib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu