Tez qocalmamaq üçün bu orqanlarınızı qoruyun

Tez qocalmamaq üçün bu orqanlarınızı qoruyunİllər ötdükcə ürək və beyin başda olmaqla, bəzi orqanlarımızda dəyişikliklər meydana gəlir.

Sonxeber.az-ın Axşam.az-a istinadən məlumatına görə, sağlam qidalanmaq, müntəzəm idman etmək, stressdən və zərərli vərdişlərdən uzaq durmaq orqanizmimizin qocalmasının qarşısını alır.

Ən tez qocalan 5 orqan və onların fəaliyyətinin pozulmasının qarşısını almaq üçün faydalı məsləhətləri təqdim edirik:

Beyin – 30 yaşdan sonra beyin hüceyrələri yavaş-yavaş ölür və toxumalarda kiçilmələr başlayır. 50 yaşa çatdıqda beyinin çəkisində azalmalar başlayır və hər 10 ildən bir bu göstərici 2-3% artır. Bununla əlaqədar yeni məlumat öyrənmək bacarığı getdikcə zəifləyir. Həmin yaş dövrünədək öyrənilən biliklər isə öz fəallığını qoruyub saxlayır. Beyinin qocalmasının qarşısını almaq üçün həftədə ən azı 2 dəfə balıq yeməli, siqaret, spirtli içkidən uzaq durmalısınız. Zehni inkişaf etdirən əyləncələr – krassvord həll etmək, gündəlik xəbərləri oxumaq beyinin sağlamlığı üçün faydalıdır.

Ürək – 40 yaşdan etibarən ürək qocalır və çəkisi bir qədər artır. Arterial damarın dəqiqədə ötürdüyü qanın miqdarında getdikcə azalma müşahidə olunur. Bu azalma hər il 1% artır. Ürəyinizi qorumaq üçün siqaretdən, yağlı yeməklərdən uzaq durmaq lazımdır. Potaşla zəngin olan minerallardan ibarət qidalar qəbul edilməlidir: banan, ərik, kartof, sarımsaq və s. Hər gün açıq havada gəzmək faydalıdır.

Göz – 40 yaşdan sonra yaxınlıqdakı məsafəni uzaq görməyə başlayırıq. Bu yaşdan etibarən göz almasının sərtliyi artır. Normal göz 40 yaşda +1, 50 yaşda +2, 60 yaşda +3 nömrəli yaxın məsafələr üçün eynəyə ehtiyac duyur. Göz sağlamlığını qorumaq üçün C və E vitaminləri ilə zəngin olan qidalar qəbul edilməlidir. Vaxtaşırı göz müayinəsindən keçmək də məsləhətdir.

Qulaq – 30 yaşdan sonra eşitmə siniri zəifləyir. Çünki qulağa qan ötürən damarlar funksiyalarını tədricən tam yerinə yetirə bilmir. Beyindəki eşitmə mərkəzi yaşla əlaqədar olaraq fəaliyyətində zəifləyir. Bu cür problemlərin qarşısını almaq üçün yüksək səslə musiqi dinləmək olmaz lazım. Vaxtında həkim müayinəsi də faydalıdır.

Sümüklər – müəyyən yaşdan sonra qadınlarda menstruasiya tsiklinin dayanması və D vitaminin azalması səbəbindən sümüklərdə ərimələr başlayır. Bunun qarşsıını almaq üçün bol-bol günəş enerjisi qəbul etmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3643   Tarix: 06 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

2 noyabr
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr