Parlamentdə dava düşüb, iclas təxirə salınıb
İraqda ötən ilin oktyabr ayında keçirilən son parlament seçkilərindən sonra Nümayəndələr Şurasının ilk iclası deputatlar arasında münaqişənin baş verməsi və spikerin vəzifələrini icra edən şəxsin gözlənilmədən xəstəxanaya yerləşdirilməsi səbəbindən təxirə salınıb.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, parlamentin ən yaşlı deputat Mahmud əl-Məşhədaninin sədrliyi ilə keçirilən iclas son dərəcədə gərgin şəraitdə başlayıb.
Belə ki, nüfuzlu İmam Müqtəda əs-Sədrin şiə bloku ilə Şiə Koordinasiya Birliyi arasında hansının ən böyük fraksiya olması ilə bağlı mübahisə xaos və kəskin münaqişəyə çevrilib.
Belə bir vəziyyətdə 73 yaşlı Mahmud əl-Məşhədani özünü pis hiss edib və parlamentə təcili tibbi yardım avtomobili çağırılıb. O, xəstəxanaya aparılıb. İndi siyasətçinin sağlamlıq vəziyyəti stabilləşib.
Mahmud əl-Məşhədani xəstəxanaya yerləşdirildikdən sonra ikinci müavin iclası keçirməkdən imtina edib və növbəti məsləhətləşmələr üçün parlamentin iclası təxirə salınıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1324 Tarix: 09 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
31 oktyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrİran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
1 noyabrİşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
31 oktyabrABŞ Polşadakı vəziyyətlə bağlı açıqlama verdi
Polşa Konstitusiya Tribunalında baş verən hadisələr həqiqətən də çox ciddidir. xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz bildirib. "Görünür, hökumətin dövlət hakimiyyətindən istifadəsi, eləcə də konstitusiya qurumunun müstəqilliyi və səlahiyyətləri ilə bağlı görünməmiş bir qarşıdurmanı
31 oktyabr