Belarus Baş Prokurorluğu soyqırımıla bağlı 17 ölkədən hüquqi yardım istəyib
Belarus Baş Prokurorluğu Böyük Vətən Müharibəsi illərində belarus xalqının soyqırımı ilə bağlı 17 ölkəyə hüquqi yardım üçün sorğu göndərib.
"Sonxeber.az" xəbər verir ki, bu barədə STV kanalında soyqırım işi üzrə prokurorluğun istintaq qrupunun rəhbəri Valeri Tolkaçev bildirib.
Onun sözlərinə görə, Litva və Latviya cinayət işi ilə bağlı Belarusa hüquqi yardım göstərməkdən imtina edib və bunu ölkələrinin milli təhlükəsizlik məsələlərinə təsir edə biləcəyi ilə əsaslandırıb.
Eyni zamanda o, Rusiyanın arxiv sənədləri ilə işləmək imkanı verən istintaqa fəal kömək göstərdiyini qeyd edib.
"Dövlət başçısının tapşırığı ilə Baş Prokurorluğun istintaq qrupu Moskvada olub. Biz Rusiyanın dövlət arxivi ilə, Müdafiə Nazirliyinin arxivi ilə, digər arxivlərlə işləmişik. Rusiya tərəfi bizi sənədlərlə təmin etməkdə maraqlıdırlar", - deyə Tolkaçev bildirib.
O, bildirib ki, iş üzrə 12,5 minə yaxın şahid dindirilib, onların yarısı konslager əsirləri və Böyük Vətən Müharibəsi veteranlarıdır.
2021-ci ildə Böyük Vətən Müharibəsi zamanı belarus xalqının soyqırımı faktı ilə bağlı cinayət işi açılıb. Baş prokuror Andrey Şvedin sözlərinə görə, məqsəd ölkəni soyqırım qurbanı kimi tanımaq, tarixi faktları dəyərdən salmaq cəhdlərinin qarşısını almaq olub.
Prokurorluğun məlumatına görə, Böyük Vətən Müharibəsi illərində ən azı 1,5 milyon insanın həlak olduğu Belarus ərazisində 400-dən çox dinc əhalinin məcburi saxlanması yeri, 260 ölüm düşərgəsi və 170 getto fəaliyyət göstərib. Ümumilikdə, Almaniyanın işğalı illərində Belarusun mülki əhalisinin itkisi təxminən 3 milyon nəfər, yəni əhalinin üçdə biri olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1118 Tarix: 09 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
31 oktyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrİran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
1 noyabrİşə bir saatdan gec çatırsınızsa - 40 faiz artıq maaş almalısınız
Böyük Britaniyada aparılan yeni tədqiqatlar gündəlik işə gediş-gəliş vaxtının işçilərin psixoloji sağlamlığına və iş məmnuniyyətinə birbaşa təsir etdiyini göstərib. "Qafqazinfo" xəbər verir ki, "Chase" maliyyə təşkilatının 200 britaniyalı işçi arasında keçirdiyi sorğuya əsasən, özün
31 oktyabrABŞ Polşadakı vəziyyətlə bağlı açıqlama verdi
Polşa Konstitusiya Tribunalında baş verən hadisələr həqiqətən də çox ciddidir. xəbər verir ki, bunu ABŞ-ın Polşadakı səfiri Tom Rouz bildirib. "Görünür, hökumətin dövlət hakimiyyətindən istifadəsi, eləcə də konstitusiya qurumunun müstəqilliyi və səlahiyyətləri ilə bağlı görünməmiş bir qarşıdurmanı
31 oktyabr