Adəmin şantajının sonu - FOTO

Adəmin şantajının sonu - FOTOE-huquq.qz saytina istinaden bildirilir ki, saytlardan biri kütləvi şəkildə vətəndaşların hüquqlarını pozan tikinti şirkətlərinin özbaşınalığına həsr olunmuş saysız-hesabsız məqalələr dərc etmişdir. Bir çox hallarda məsuliyyətsiz tikinti şirkətləri vətəndaşlara düşən təzminatı ödəməkdən boyun qaçırmış, hətta sakinlər öz evlərini tərk etmədən belə söküntü işlərinə başlanılmışdır.
Bəzən isə elə hallar olur ki, tikinti şirkətinin özü qurbana çevrilir. "Haqqın.az" saytı belə bir unikal məhkəmə işi ilə qarşılaşmışdır. Bu məhkəmə işinə görə, Bakı sakini 8 il ərzində şirkəti şantaj edərək, böyük yaşayış kompleksinin tikintisini dondurmağa nail olmuşdur.

Adəmin şantajının sonu - FOTOAdəmin şantajının sonu - FOTOSöhbət "Bağçasaray" MTK-dan gedir. 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu Nobel prospekti 134 C ünvanında tikintisinə icazə verilmiş müasir və komfortlu yaşayış kompleksi 6 hektar ərazidə salınmalı idi. Məlumdur ki, bütün dünyada tikinti biznesi "vaxt puldur" qaydasına uyğun inkişaf edir. Bu səbəbdən də, bütün lazımi icazə sənədlərinə malik olan şirkət ləngimədən layihənin icrasına başlamışdır.

Adəmin şantajının sonu - FOTOLakin tikinti işlərinə başlamağa imkan tapmamış, tikinti sahəsində Adəm İsmayılov adlı biri peyda olmuş, bu ərazinin ona məxsus olduğunu və şirkətin ərazidə tikinti işlərinin aparmaq hüququna malik olmadığını iddia etməyə başlamışdır. Həmin şəxs məhkəmələrdə "süründürməklə" hədələyərək, şirkətdən böyük məbləğdə pul tələb etmişdir.
Şirkətin hüquqşünasları bir daha bütün icazə sənədlərini nəzərdən keçirərək yekdil qərara gəlmişlər: "çağırılmamış qonağın iddiaları əsassızdır və bu səbəbdən tikinti işləri davam etdirilməlidir".
Lakin buna baxmayaraq, Adəm İsmayılov qohumu Sübhan Zayidovun vasitəsilə, müxtəlif məhkəmə orqanlarına və bütün instansiyalara şikayət ərizələri göndərməyə başlamışdır. Müəyyən məqamda şikayətlərin sayı o həddə çatmışdır ki, məhkəmə orqanları "vəziyyəti aydınlaşdıranadək" yaşayış kompleksinin tikintisinə müvəqqəti qadağa qoymaq qərarına gəlmişlər.
Beləliklə də, vəziyyətin aydınlaşdırılmasına 8 il vaxt tələb olunub. Çoxsaylı məhkəmə çəkişmələrindən sonra ədalət nəhayət ki, öz yerini tapıb. Azərbaycan Respublikasının ali ədalət mühakiməsi orqanı sayılan Konstitusiya Məhkəməsi də "Baxçasaray" MTK-nin lehinə qərar çıxarıb.

Adəmin şantajının sonu - FOTOAdəmin şantajının sonu - FOTONəhayət ki, məhkəmələrin ədalətli qərarları ilə tikinti şirkətinə qarşı 8 illik şantaja son qoyulub. Bununla belə, yaşayış kompleksinin tikinti müddəti ilə bağlı bütün planları alt-üst olub. Şirkətin bu müddət ərzində nə qədər vəsait itirdiyini isə, düşünmək belə qorxuludur.
Qeyd edək ki, Baxçasaray MTK YENİ HAYAT Şirkətlər Qrupuna dixildir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1348   Tarix: 17 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb. Düşə

4 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Şəhid anası: "Soruşdum ki, balamın bütün əzaları yerindədir?" - VİDEO

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib. Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhi

5 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb

5 may
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

4 may
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

3 may