Azərbaycanda YENİ QADAĞA QÜVVƏYƏ MİNİR: 15 fevraldan ETİBARƏN... - VİDEO
Ölkəmizdə koronavirusun yeni ''Omikron'' ştamına yoluxanların sayında artım müşahidə olunduğundan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB əhaliyə müraciət edib.
BAKU.WS-in məlumatına görə, dövlət qurumlarının birgə məlumatında bildirilir ki, COVID-19-un yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Bildirilib ki, 2 doza vaksin qəbul etdikdən 5 ay sonra orqanizmdən asılı olaraq virusa qarşı müqavimət azala bilər. Orqanizmin infeksiyaya qarşı immunitetini yenidən artırmaq üçün "buster doza"nın vurulması tövsiyə olunur.
İnfeksionist Turan İbrahimovanın sözlərinə görə koronavirus əleyhinə vaksinlərdən hər hansı birinin hər iki dozunu vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti 6 aydır. Səhiyyə qurumlarının birgə məlumatında vurğulanıb ki, 2-ci dozanın qəbulundan 6 aydan çox keçmiş şəxslərin sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Gücləndirici doza ilə peyvəndlənənlərə isə "Peyvənd sertifikatı" müddətsiz veriləcək.
Qeyd edək ki, fevralın 15-dən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
Bundan əlavə dövlət orqanlarının əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələrin işçilərindən sözügedən sənədlərin olması tələb edilir. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən, Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin müvafiq sənədləri olmalıdır. İctimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7837 Tarix: 27 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2025-ci ilin son gününün havası açıqlandı
Dekabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı
30 dekabrBayram günlərinin kosmik hava proqnozu açıqlanıb
Bayram günlərinin kosmik hava proqnozu açıqlanıb. Bu barədə -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Kafedranın məlumatına görə, hazırda Günəş aktivliyi orta səviyyədədir: "Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalları
30 dekabrCari ildə Azərbaycana qoyun idxalı iki dəfə artıb
Cari ilin 10 ayı ərzində ölkəyə 288 831 baş diri qoyun gətirilib və idxalın ümumi dəyəri 31 milyon 417.13 min dollara çatıb. rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə idxal həm dəyər, həm də miqdar baxımından təxminən iki dəfə artıb. Belə ki
28 dekabrQalib olub evlənmək istəyən meyxanaçı xəstəxanalıq oldu - VİDEO
ATV-də yayımlana "Kəlmə-kəlməyə" layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib. xəbər verir ki, yarışmanın şənbə günü baş tutan ilk qarşılaşmasından sonra meyxanaçı səhhətində qəfil problem yaranıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb
29 dekabrTƏCİLİ! Dekabrın 29-u ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini
28 dekabrHərbçimiz yol qəzasında həlak oldu
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib. S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi. Qeyd edək ki, mərhum bu gün Qazax rayonu Qaymaqlı kəndində torpağa tapşırılı
29 dekabrAzərbaycanda polkovnik vəfat etdi
Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidov vəfat edib. Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, uzun müddət daxil
29 dekabrBayram günlərində hava necə olacaq?
Azərbaycanda 31 dekabr-2 yanvar tarixlərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
30 dekabrYol buz bağladı, maşınlar toqquşdu - Zəncirvari qəza+Video
Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində hava şəraitinin pisləşməsi səbəbindən zəncirvari yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, qarlı hava və yolun buz bağlaması nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub. Güclü zərbəni
29 dekabr