"Məni lüt soyundurub küçəyə qovub dedi ki, namusunu sinayırdım" Sığınacaq DƏHŞƏTLƏRİ

..."Qadın döyülüb-söyüldüyü üçün evi tərk etməməlidir", - sığıncaqdakı qadınlara etiraz edir. Amma özü də sığınacağa pənah gətirib. Artıq 1 aydır ki, 4 yaşlı oğlu ilə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalır. Kimi paltar, kimi də ayaqqabı verib.

Müsahibə vermək təklifinə tərəddüdlə razılaşır. "Gedək, təklikdə söhbət edək, kimsə bizi eşitməsin", - cavab gözləmədən otağa girib qapını bağlayır.

Beləliklə, onunla söhbətləşirik. Sığınacağın yeni sakinlərindən biri - 26 yaşlı Səadət Əliyevanı evdən qaçıran səbəblərdən danışırıq.

- Sığınacaqdakı qadınları dinləyirəm, hərənin bir dərdi var. Qadınların çoxu döyüldüyü üçün evi tərk edib. Onları qınamıram da. İnsanın başına gəlməyənədək başqasını anlaya bilməz. Mən o qədər döyülmüşəm ki, daha ağrı-acıya alışmışam. Bəzən başımı divara çırpıb, boğub, saçımdan tutub yerləri sürüyüb. Adam hər gün döyüləndə bir az daha bərkiyir. Hər gün özümü alışdırırdım, bir-iki təpik, şillə, ölməyəcəm deyirdim.

- Döyüldüyün üçün evi tərk etməmisən?

- Yox, döymək, söyülmək bizim ailədə adi hala çevrilib. Biri var, hansısa səbəb olsun, kişini hirsləndirəcək hərəkətlər edəsən. Biri də var ki, niyə döyüldüyünü bilməyəsən. Yəni bizdə vəziyyət fərqlidir. Mən onunla ehtiyatla rəftar edirəm, çalışıram ki, heç bir sözündən çıxmayım. Bəzən məni cəzalandırmaq üçün evə heç nə almır, uşaq da ac qalır. Sonuncu dəfə dedim ki, uşağa geyindirməyə heç nə yoxdur, icazə ver, heç olmasa, anamgildən borc istəyim. Amma icazə vermədi. Keçən dəfə evdən qaçarkən yoldakı mağazaların birində satıcının yazığı gəldi, uşağa ayaqqabı verdi. Hər dəfə mən evdən qaçıram, bizi tapır, dəyişəcəyinə söz verir. Amma heç nə dəyişmir. Kirayə evdə yaşayasan, çölə çıxmayasan, qapını heç kim açmaya. Nə atam, nə də bir qohumum evimizə gələ bilmir. Öz ailəsi də onu görmək istəmir. Nə qədər belə vəziyyətdə yaşamaq olar? Ata-anasına şikayət edirəm, deyirlər ki, o birinci ailəsinə də zülm edib, tanımadan ərə gəlməyəydin. Heç kim onun işinə qarışa bilmir. Amma hər dəfə gedib-qayıdanda bəlkə bir ümid var deyirəm. Hər dəfə də bir az daha ümidim ölür. Görürəm ki, artıq yolum yoxdur.

- Əvvəl də evdən qaçmısan.

- Hə, bir neçə dəfə evdən qaçmışam. Bir dəfə məni lüt soyundurub küçəyə qovdu. Divarın dibinə çöməlib oturdum. Yalvardım ki, heç olmasa üstümü örtməyə bir şey versin. Kimsə məni o vəziyyətdə görsəydi, heç nəyə baxmadan özümü öldürəcəkdim. Soyuq hava, yağış yağır, gizlənməyə yer axtrırdım. Sonra dedi ki, sənin namusunu sınayırdım. Bilmək istəyirdim ki, mənə sədaqətli olacaqsan, ya yox. Lüt arvadını küçəyə qovan adam səndən sədaqət tələb edir. Həmin günün səhəri onunla barışdım. Yemək bişirdim, çalışdım ki, heç nədən şübhələnməsin. Sonra evdən qaçdım. Bilirsiniz, dərdimi deməyə heç kimim yoxdur. Ata-anama da pənah apara bilmirəm, həyat yoldaşım onları öldürəcəyi ilə hədələyir. Onlarda məni qorumağa cəsarət yoxdur. Burada yalnız Mehriban Zeynalova, bir də psixoloqla danışa bilirəm.

- Bəs o işgəncədən sonra niyə təkrar onun yanına qayıtdın?

- Başqa əlacım olmadı. Heç yerdə iş tapa bilmədim, nə qədər sığınacaqda qalmaq olar? Məni zorla evə apardı. Söz verdi ki, əvvəlki kimi olmayacaq. Amma səhəri gün məni döydü, başımı divara o qədər vurmuşdu ki, bir həftə gözümü aça bilmədim. 7 ay birtəhər yaşadıq, təkrar evdən qaçmağa məcbur oldum. Hər şeyə dözə bilirəm, təkcə bu hərəkətinə yox...

- Nəyə?

- Hər gün məni zorlayır, özü də döyə-döyə... Etiraz etməyə imkanım yoxdur. Həkim sonuncu dəfə dedi ki, əməliyyata ehtiyacın var. Belə davam etmək olmaz. Yenə də xeyri yoxdur. Yəni bunu, onun vəhşiliyini kimə deyə bilərəm? Yalnız Mehriban xanımla danışıram. Döyülməyə, söyülməyə razıyam. Amma hər gün eyni işgəncəyə dözmək olmur. Gecə o yatandan sonra evdən qaçmışam, ayağıma ayaqqabı geyinməyə qorxdum. Nə özümə, nə də uşağa paltar götürməmişəm. Burda hərə bir paltar verib. Amma soyuq olanda geyməyə paltarımız, ayaqqabı yoxdur. Bundan sonra vəziyyətimiz necə olacaq, onu da bimirəm. Dilənməklə, ondan-bundan paltar almaqla yaşamaq mümkün deyil. Uşaq meyvə istəyir, oynamaq, oyuncaq istəyir. Sığınacağa gələn hər kəsin qucağına qaçır, digər uşaqların əlindəki oyuncaqlara elə həsrətlə baxır ki... Siz çarəsiz qalmağın nə olduğunu bilirsinizmi? Bunu yaşamayan anlaya bilməz. Uşağına hər konfet verənə minnətdar olmaq bilirsiniz nə deməkdir? İndi bura gətirilən yardımlara gözümüzü dikmişik. Gözləyirik ki, kimsə geymək istəmədiyi paltarlardan bizə gətirəcək. Belə yaşamaq çox çətindir.

Bəli, sığıncaqdakı qadınları evdən qaçmağa məcbur edən səbəblər müxtəlifdir. Amma hamısı çarəsiz durumdadır. Onların isti paltara, ərzağa ehtiyacı var...(virtualaz.org)
"Məni lüt soyundurub küçəyə qovub dedi ki, namusunu sinayırdım" Sığınacaq DƏHŞƏTLƏRİ"Məni lüt soyundurub küçəyə qovub dedi ki, namusunu sinayırdım" Sığınacaq DƏHŞƏTLƏRİ"Məni lüt soyundurub küçəyə qovub dedi ki, namusunu sinayırdım" Sığınacaq DƏHŞƏTLƏRİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4085   Tarix: 27 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yayda keçiriləcək imtahanların saatı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. Bu barədə -

29 aprel
.

Bakıda kişi özünü on birinci, qadın isə səkkizinci mərtəbədən atıb

Bakıda kişi özünü 11-ci mərtəbədən atıb. APA xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü yaşadığı 16 mərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. Bundan başqa, Nizami rayonu ərazisində 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva da yaşadığı binanı

30 aprel
.

Azərbaycanlı aparıcının toyundan görüntülər - VİDEO

Azərbaycanlı aparıcı və aktrisa Səhər Əkbər ailə həyatı qurub. xəbər verir ki, ötən gün paytaxt məkanlarından birində aparıcının toyu olub. O sevib-seçdiyi Naci Həmid adlı bəylə evlənib. Aparıcının özəl günündə ailə üzvləri, yaxınları və dostları yer alıblar. Səhər Əkbərin toyundan görüntülər təqdi

30 aprel
.

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Azərbaycanda COP29-la bağlı qeyri-rezident fiziki şəxslərə vergi güzəştlərinin tətbiq edilməsi COP29-un təşkilinə daha çox qeyri-rezidentlərin cəlb edilməsinə və həmin müddətdə işlərin aktiv şəkildə həyata keçirilməsinə imkan verəcək. Ətraflı. "Yeni Sabah" xəbər verir ki, bunu Trend-ə Mill

30 aprel
.

"Cəmiyyətimizə ağır zərbələr vuran sosial verilişlərə nəzarət gücləndirilməlidir" - DEPUTAT

"Televiziyalarda yayımlanan verlişlərə nəzarət gücləndirilməlidir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, həm televiziyalara nəzarət edən qurum, həm də telekanalın rəhbəri verlişlərə ciddi şəkildə nəzarət etməlidir:. "Hazırda Azərbaycan telekanalları

29 aprel
.

"BakıKART" artıq m10-da!

m10 elektron pulqabı "BakıKART" ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür. İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqab

30 aprel
.

Bakının məşhur restoranında rəqs edən kişi öldü

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb. -ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı" restoranında baş verib. Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Faktla bağlı araşdırm

29 aprel
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29 aprel
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

29 aprel