"Azərbaycan ilə əməkdaşlığımız faydalı olacaq"

"Azərbaycan ilə əməkdaşlığımız faydalı olacaq"Cənub Qaz Dəhlizi Bolqarıstanı və onun qaz-nəqliyyat sistemini bütün Mərkəzi və Cənub-Şərqi Avropa regionu üçün alternativ mənbələrdən qaz təchizatı infrastrukturunun vacib hissəsinə çevirəcək.

Sonxeber.az bildiri ki, bunu Trend-ə özəl müsahibəsində Bolqarıstanın energetika naziri Aleksandr Nikolov deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi həm də Yunanıstanla Bolqarıstan arasında interkonnektorla (IGB) birləşəcək.

"IGB layihəsi Bolqarıstana və Mərkəzi və Cənub-Şərqi Avropanın digər ölkələrinə Cənub Qaz Dəhlizinə çıxış imkanı təqdim edəcək. Bu, həm də Bolqarıstana "Şahdəniz-2" yatağından razılaşdırılmış illik 1 milyard kubmetr qaz almağa imkan verəcək. İnterkonnektor həm də Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminalından ABŞ, Qətər, Əlcəzair, Nigeriya, gələcəkdə isə İsrail və Misir kimi istehsalçılardan qaz almağa imkan verəcək. Bununla əlaqədar biz gözləyirik ki, təbii qazın rolu Aİ səviyyəsində yeni təşəbbüslərin hazırlanmasında adekvat şəkildə nəzərə alınacaq. Enerji keçidi mərhələsində təbii qaz, xüsusilə, karbon yüklü regionlarda alternativə malik deyil", - deyə o bildirib.

A.Nikolov qeyd edib ki, Bolqarıstanın enerji mənbələrinin şaxələndirilməsi ilə bağlı əsas məqsədlərindən biri Xəzər regionundan təbii qaz tədarükünün genişləndirilməsidir.

IGB-nin işə salınması müddətləri barədə

Nazirin sözlərinə görə, Bolqarıstan hesab edir ki, Yunanıstanla qaz interkonnektorunun kommersiya istismarı 2022-ci ilin ikinci yarısından başlayacaq.

O qeyd edib ki, Bolqarıstan tərəfi Azərbaycanla tərəfdaşlığa ümid edir.

"Bu tərəfdaşlığın təməli 2013-cü ildə Bolqarıstanın "Bulgargaz" şirkəti Azərbaycanın AGSC şirkəti arasında "Şahdəniz-2" yatağından ildə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilənin imzalanması ilə qoyulub. Şaxələndirmə bizim iqtisadi və siyasi hədəfimizdir. Hesab edirəm ki, bizim bu istiqamətdə ümumi yanaşmamız var. IGB-nin tikintisində ləngimələrə baxmayaraq, biz ciddi səylər göstəririk və ümid edirik ki, interkonnektorun kommersiya istismarı 2022-ci ilin ikinci yarısından başlayacaq. Bu tədarüklərin şaxələndirilməsi üçün real imkan yaradacaq. Belə ki, IGB Bolqarıstanın bütün Cənub-Şərqi Avropa regionu və Cənub Qaz Dəhlizi ilə əlaqəsidir", - nazir deyib.

Nazir qeyd edib ki, IGB layihəsi həm Bolqarıstan, həm də ümumilikdə Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır.

"Bu, Yunanıstanın DESFA qaz-nəqliyyat sistemi operatorunun şəbəkələrini Trans-Adriatik boru kəmərinə (TAP) Komotini məntəqəsində Bolqarıstanın "Bulgargaz" şirkətinin nəqliyyat sisteminə Stara Zaqora şəhərində birləşdirəcək. IGB Avropa İttifaqının ümumi maraq kəsb edən layihələri siyahısına daxil edilib. Bu, "Mərkəzi və Cənub-Şərqi Avropanın enerji bağlılığı" təşəbbüsü çərçivəsində reallaşdırılan yeddi prioritet qaz layihələrindən biridir", - A.Nikolov deyib.

SOCAR-ın Bolqarıstan bazarında iştirakı barədə

Bolqarıstan tərəfi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkənin qaz infrastrukturuna investisiyalara marağını alqışlayır, deyə nazir bildirib.

"Bir tərəfdən bu, bizim üçün ölkədə qaz bazarı potensialının, digər tərəfdən isə Azərbaycan kimi strateji tərəfdaşla əməkdaşlığın dərinləşməsinə doğru addımdır. Biz SOCAR-a bütün zəruri məlumatları təqdim etmişik və onlardan xəbər gözləyirik", - o deyib.

Nazir qeyd edib ki, Bolqarıstanda abunəçilərin qazlaşdırılması prosesində beş faizlik inkişaf əldə olunub və bu, Enerji strategiyasında qeydə alınan prioritetlərdən biridir.

"Biz enerji səmərəliliyinin artırılması imkanı qismində isitmə və digər məişət məqsədləri üçün elektrik enerjisinin təbii qazla əvəz olunmasını nəzərdən keçiririk. Bundan başqa, biz Azərbaycanın qaz saxlama sahəsində təcrübəsini öyrənmək istərdik. Hazırda biz elektrik enerjisi və təbii qazın saxlanma gücünün mövcud və yeni tikilməkdə olan qaz anbarlarının inkişafı hesabına artırılması üzərində işləyirik", - A.Nikolov deyib.

Alternartiv enerji sahəsində əməkdaşlıq perspektivləri

Bolqarıstan Avropa "yaşıl" saziş kontekstində Azərbaycanla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı və yeni texnologiyaların tətbiq olunması ilə enerji səmərəliliyinin artırılması sahəsində əməkdaşlıqda maraqlıdır, deyə A.Nikolv qeyd edib.

"Bolqarıstan bərpa olunan enerji mənbələri texnologiyalarının tətbiqi üzrə liderdir. Biz bərpa olunan enerji mənbələrinin istifadəsini genişləndirməyə çalışırıq. Eyni zamanda, proqnozlaşdırılır ki, 2030-cu ilədək biokütlə, günəş və külək enerisindən elektrik enerjisinin ümumi balansda payı müvafiq olaraq 17,1, 3,8 və 1,5 faizədək artacaq", - o deyib.

Nazir əlavə edib ki, Bolqarıstan və Azərbaycan gələcəkdə fotoelektrik layihələr çərçivəsində əməkdaşlıq edə bilər.

"Bolqarıstan fotoelektrik layihələr sahəsində, xüsusilə tikinti sahəsində liderdir. Yerli şirkətlər Aİ-də və bütün dünyada fəaliyyətini uğurla genişləndirib. Alternativ enerji mənbələri qismində hidrogen layihələri, eləcə də enerji saxlanması imkanlarının artırılması dekarbonizasiya üzrə hədəflərimizin reallaşması baxımından vacibdir. Əminəm ki, bu cür layihələrin gələcək reallaşdırılmasında bizim Azərbaycan tərəfi ilə əməkdaşlığımız faydalı olacaq", - deyə o bildirib.

A. Nikolov qeyd edib ki, Bolqarıstan Aİ-nin üzvü kimi Azərbaycanla Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı gücləndirə bilər.

"Aİ-Azərbaycan tərəfdaşlığı prioritetləri çərçivəsində əməkdaşlığın dörd əsas sahələri - qarşılıqlı əlaqə, enerji səmərəliliyi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi tədbirləridir. Aİ və Azərbaycan arasında bir çox sahələrdə genişləndirilmiş və qarşılıqlı faydalı əməkdaşlığı, əsas sektorlarda siyasi dialoqun gücləndirilməsini və ticarətin stimullaşdırılmasını nəzərdə tutan yeni çərçivə sazişi üzrə danışıqlarda böyük irəliləyiş əldə olunub", - nazir əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1223   Tarix: 07 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ

14 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ

3 sentyabr
.

Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil

10 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr