Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 7-ci sinif şagirdi intihar etmək üçün... - VİDEO
Bakıda məktəbli qız özünü təhsil aldığı məktəbin binasından atmaq istəyib. Sinif otağında pəncərədən özünü atmaq istəyərkən hadisəni görən müəllim onu xilas edib. Məktəbdən verilən məlumata görə, şagird bu addımı atmasına səbəb kimi ailəsində valideynləri arasında olan problemi göstərib. Məsələyə Bakı Şəhər Təhsil İdarəsindən də münasibət bildirilib.
Hadisə paytaxtın Suraxanı rayonunda yerləşən Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib. 13 yaşlı məktəbli qız üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.
Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov bildirdi ki, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallar olub.
Qızın ailəsi ilə danışıqlar aparıldıqdan sonra hadisə barədə dərhal Bakı Şəhər Təhsil İdarəsinə və ərazi üzrə polis bölməsinə məlumat verilib. Məktəbin direktor müavini Elşən Muqumov onu da bildirdi ki, şagirdə qarşı şiddət olmayıb.
Bakı Şəhər Təhsil İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. "Bu kimi hallara qarşı reallaşdırılan profilaktiki işlər çərçivəsində məktəblilərin psixoloji dayanıqlılığının artırılması məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməmələri əsas amil kimi diqqət mərkəzində saxlanır", - deyə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2145 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda internet bahalaşacaq - Yeni qiymət BELƏ OLACAQ
Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərini
27 dekabrLeyla Əliyeva "Euronews"a müsahibə verdi - Video
"IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb". Report-a istinadən xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsində bildirib. Telekana
27 dekabrBu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur
"Tıxac probleminin həlli ilə bağlı daha yeni istiqamətlər mütləq düşünülməliyik. Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər"
28 dekabr"İstanbul Klinika"da qanunsuz tibb fəaliyyət göstərilib
"İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb. Yurd.Media-nın əldə etdiyi məlumata görə, keçirilmiş plandan kənar yoxlama zamanı klinikada lisenziyadan kənar dermatoloji iş və faəliyyətlə məşğul olunması, sertifikatsız praktiki tibb fəaliyyət
26 dekabrBu insituta direktor təyin edildi
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib. "Report" xəbər verir ki, bu, Faiq Mirzəyevdir. O, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvə
27 dekabrDaha bir avtobus yeniləndi - Gediş haqqı 60 qəpik olacaq
Paytaxtın Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun "Koroğlu" və "Ulduz" stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. xəbər verir ki, dekabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu "Yutong"
27 dekabrBakıda satılan "monqol quzuları" təhlükəsizdir? - AÇIQLAMA
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o cümlədən Monqolustandan gətirilən ətlərin keyfiyyət və təhlükəsizliyinə ciddi nəzarət olunur". xəbər verir ki, bu barədə Agentlikdən -a verilən cavabda bildirilib. Qeyd edilib ki, idxal prosesində müfəttişlərin ətlərə nəzarə
27 dekabrŞənbə günü bəzi rayonlara qar yağacaq
Dekabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvə
26 dekabr