Uzun Həsənin nəvə-nəticələri niyə Cırtdana çevrilir? - Azərbaycanlıların cırlaşma problemi
Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Babək Salek Qənnadi bildirib ki, hazırda ölkədə somatotrop (boy) hormonu çatışmazlığı diaqnozu qoyulan 480 uşağ pulsuz müalicə alır.
Bu cür uşaqların yaşı 18-ə çatanda boyları 1.20-1.30 metrdən yuxarı qalxmır.
Ümumiyyətlə, Azərbaycanda boy problemi varmı? Doğrudanmı Uzun Həsənin nəvə-nəticələri Cırtdana çevrilirmi?
Sonxeber.az xəbər verir ki, yenisabah.az-a müsahibəsində endokrinoloq Günel Axundova uşaqların boy problemlərinin səbəblərini açıqlayıb.
" Hazırda 2-3% uşaqlarda boy geriləməsi var. Genetika isə təbii ki, uşaqların boyuna təsir edir. Uşaqların boy inkişafında ilk faktor, şübhəsiz, genetikadır.
İkinci faktor səhv qidalanma, həyat tərzi, vitamin çatışmazlığı, inkişaf dövründə uşaqların yoluxduğu infeksion xəstəliklər, piylənmə, ürək-böyrək xəstəlikləridir.
Qızlarda "Turner" sindromu olur və bu da boy qısalığını ortaya çıxarır.
Cırlaşma faktoru doğrudur. Artıq ucaboy insanları nadir hallarda görürük. Mən bunun səbəbini qohum nikahlarında da görürəm. Qohum nikahları Azərbaycanda ucaboy insanların sayını həqiqətən də azaldıb.
Kök, kələm vitamini bol olan tərəvəzlərdir. Lakin boy uzatmağa təsir etmir. Tərəvəzlərdə olan vitaminlər uşağın bədənini təmin etdikdən sonra boy artımı onsuz da başlayır. Uşaqlar bol tərəvəz və meyvə yeməlidirlər ki, onlar da vitamin çatışmazlığı olmasın".
Qeyd edək ki, tədqiqatçılar son 100 ildə 187 ölkədə orta boy dəyişikliklərini tədqiq ediblər.
Dünyanın ən ucaboy kişiləri hollandiyalılar (183 sm), ən ucaboy qadınları isə latviyalılardır (170 sm).
Araşdırmaya görə, Asiya qitəsində iranlı kişilər və cənubi koreyalı qadınlar ən çox böyüyüblər (müvafiq olaraq 16 və 20 santimetr).
1960 və 1970-ci illərdə hər iki cinsin orta boyunun müəyyən bir yaylaya çatdığı ABŞ-dan əldə edilən nəticələr təəccüblü idi. Bir əsrdə orta amerikalı cəmi 6 santimetr, amerikalı qadın isə 5 santimetr böyüdü.
Ən ucaboy millətlər siyahısında amerikalılar 100 il əvvəl üçüncü və dördüncü yerlərdə olduğu halda, hazırda 37 və 42-ci yerlərdədir.
Dünyanın ən bəstəboy kişiləri Şərqi Timorda yaşayır (160 santimetr). Qadınlar arasında bu titul 1914-cü ildə olduğu kimi Qvatemala sakinlərinə aiddir. Qvatemalalı qadının boyu orta hesabla 140 santimetr idi, hazırda bir yarım metrə çatıb.
Orta boyda ən böyük dəyişikliklər Şərqi Asiyada qeydə alınıb. Yaponiya, Çin və Cənubi Koreya sakinləri əcdadlarından 100 il əvvəl olduğundan xeyli hündürdürlər.
Üstəlik, bəzi Afrika ölkələrində orta artım 1970-ci illərdən bəri azalıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1798 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabr