Avropada ictimai nəqliyyat: Bu ölkələrdə gediş haqqı neçəyədir?

Avropada ictimai nəqliyyat: Bu ölkələrdə gediş haqqı neçəyədir?Müharibə başlayandan bir çox Avropa ölkələri Ukraynadan olan qaçqınlara yardım edir. Xüsusilə, Polşa, Macarıstan, Çexiya, Slovakiya, Almaniya, Avstriya, Hollandiya və bir sıra digər ölkələrdə Ukrayna pasportunuz varsa, qatarla pulsuz səyahət edə bilərsiniz.

Sonxeber.az Lent.az-a istinadla məşhur Avropa ölkələrində ictimai nəqliyyatla gediş haqqı ilə bağlı vəziyyəti təqdim edir.

Polşa

Hər bir şəhərin ictimai nəqliyyatında öz gediş haqqı var, lakin sistem hər yerdə eynidir. Polşada bir neçə növ bilet var - köçürmə imkanı ilə birdəfəlik, müəyyən müddətə, bir gün üçün və səyahət kartları. Tramvay, avtobus, metro və şəhər qatarlarından istifadə edə bilərsiniz.
Məsələn, Varşavada biletlər aşağıdakı tariflərlə satılır:
Avropada ictimai nəqliyyat: Bu ölkələrdə gediş haqqı neçəyədir?• 20 dəqiqə üçün - 3,4 zlot (1,38 manat);

• 75 dəqiqə üçün - 4,4 zlot (1,73 manat);

• 90 dəqiqə üçün - 7 zlot (2,77 manat);

• sutkalıq – 15 zlot (5,94 manat) və ya 26 zlot (10,32 manat);

• 3 sutka üçün - 36 zlot (14,3 manat) və ya 57 zlot (22,66 manat);
• həftə sonu üçün - 24 zlot (9,57 manat).

Səyahət kartları da var, məsələn, varşavalılar üçün kart. Onu 30, yaxud 90 gün, hətta müxtəlif opsionlarla 110- gün müddətinə 600 zlota (43,83 – 236,43 manata), yaxud güzəştlilər üçün endirimlə almaq olar.

Çox uşaqlı ailələr və pensiyaçılar üçün 50-100 zlot (19,89 – 39,79 manat) üçün illik abunələr var. Baqaj və heyvanların daşınması pulsuzdur.

Çexiya

Polşadakına oxşar tarif Çexiyada da keçərlidir, lakin öz nüansları ilə. Burada 15 yaşdan 60 yaşa qədər sərnişinlər böyük hesab olunurlar. Onlar üçün şəhərdə bütün ictimai nəqliyyat növlərinə biletlər təklif olunur:
Avropada ictimai nəqliyyat: Bu ölkələrdə gediş haqqı neçəyədir?• 30 dəqiqə üçün - 30 kron (2,31 manat);

• 90 dəqiqə üçün - 40 kron (2,99 manat qrivna);

• sutkalıq - 120 kron (9,1 manat);

• 3 sutkalıq - 330 kron (24,99 manat).

Çexiyada həmçinin 30, 90 gün və ya bir il müddətinə səyahət kartları satırlar. Qiyməti 550, 1480 və 3650 kron (725, 1948 və 276,72 manat) təşkil edir.

Heyvan və ya baqajla səyahət üçün 20 kron (1,5 manat) ödəməlisiniz.

Slovakiya

Slovakiyada da biletləri də sürücü satmır və vaxta uyğun olaraq hesablanır. Avtobuslar, tramvaylar və trolleybuslar üçün birdəfəlik, gündəlik, həmçinin səyahət biletləri var.

Səfərin zonalaşdırılmasına (2 zonadan və ya daha çox) və vaxta (30 ilə 180 dəqiqə) görə, bir biletin qiyməti 0,9 və 4,1 avro (1,68 manat ilə 7,67 manat arasında dəyişir.
Avropada ictimai nəqliyyat: Bu ölkələrdə gediş haqqı neçəyədir?Sutkalıq biletin qiyməti 4 avro (7,48 manat, 72 saat üçün - 9 avrodur (16,83 manat).

Bütün zonalar üçün sutkalıq bilet 6,9 avroya (12,9 manat) başa gəlir.

Tələbələr və təqaüdçülər üçün bütün növ biletlərə endirimlər nəzərdə tutulub, həmçinin mobil proqramda onlayn bilet almaq kağız formada olduğundan bir qədər ucuzdur.

Bundan əlavə, Slovakiyada müxtəlif növ səyahət biletləri var. 7 gün üçün biletin qiyməti 12 avrodan (22,44 manat) başlayır. 30 gün üçün 30 avro (56,1 manat), 90 gün üçün 80 avro (149,6 manat) ödəmək lazımdır.

Hətta illik biletlər də var, dəyəri 200 avrodur (374 manat).

Baqaj üçün elektron formatda ayrıca 0,9 və ya 0,45 avro (1,68, yaxud 0,8415 manat) ödəməlisiniz.

Almaniya

Almaniyada ictimai nəqliyyatın bir neçə növü var, adi tramvay və metrodan (U-Bahn) əlavə, şəhərdaxili qatarlar (S-Bahn) və avtobuslar da var. Qiymətlər də bir qədər xüsusidir:
Avropada ictimai nəqliyyat: Bu ölkələrdə gediş haqqı neçəyədir?• ən yaxın 3 stansiyaya gediş üçün uyğun olan 4 səfər üçün biletin qiyməti 6 avrodur (11,22 manat);

• 3 dayanacaq üçün birdəfəlik bilet – 2 avro (3,74 manat);

• 2 saatlıq birdəfəlik bilet – 3 avro (5,61 manat);

• 2 saata qədər 4 səfər - 9,4 avro (17,58 manat);

• əlavə transfer bileti - 1,8 avro (3,37 manat);

• 24 saatlıq səyahət kartı - 8,8 avro (16,46 manat).

25 avro (46,75 manat) daxilində gündə 5 və ya daha çox adam üçün qrup biletlərinin müxtəlif variantları da mövcuddur. Eləcə də həftə sonu üçün 44 avroya (82,28 manat) səyahət kartları var.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2647   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr