Məscid yaxınlığında şok: Arvadını başqa kişi ilə... - ƏTRAFLI

Məscid yaxınlığında şok: Arvadını başqa kişi ilə... - ƏTRAFLIBakının Binəqədi rayonunda 1986-cı il təvəllüdlü Saleh arvadı Naidəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, Saleh qeyri-rəsmi nikahda olduğu arvadı Naidənin uşaqları - 2018-ci il təvəllüdlü oğlu Valeh və 2020-ci il təvəllüdlü qızı Nərminlə birlikdə Rusiya Federasiyasına köçüb orada yaşamaq barədə qayınatası Babəkin təklifi ilə razılaşıb.

Saleh sentyabrın 12-də saat 22 radələrində arvadına yaşadıqları evin yaxınlığındakı Heydər Əliyev məscidinin ərazisində gəzişməyi təklif edib. Birlikdə Zeytunluq adlanan əraziyə gəlib, gələcək həyatları barədə söhbət ediblər. Nahidə əri ilə birlikdə Rusiyaya getmək istəmədiyini deyib. Saleh buna görə Naidənin başqa kişi ilə görüşdüyünü, həyatında başqa insanın olduğunu və ona xəyanət etdiyini ehtimal edib. O, hər iki əli ilə Naidəni boğmağa çalışaraq boğaz nahiyəsini sıxıb.

Huşunu itirərək yerə yıxılan Naidə sonra özünə gəlib və ayağa qalxıb. Bunu görən Saleh özündə olan bıçaqla ona zərbələr vurub. Daha sonra hadisə yerinin yaxınlığında yerləşən Heydər Əliyev məscidinin mərasim evinin mühafizə postunda xidmətdə olan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsi əməkdaşına yaxınlaşıb və arvadını öldürdüyünü bildirərək təslim olub.

Naidə hadisə yerinə gələn polis əməkdaşları tərəfindən vaxtında xəstəxanaya çatdırılıb. Onun həyatı xilas olunub.

İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Naidə ilə 2017-ci ildə ailə həyatı qurub: "2018-ci ildə rəsmi olaraq nikah münasibətinə daxil olduq. Naidə həmçinin xalam qızıdır, bacısı Mahirə qardaşım Vəfadarla evlidir.

Naidə heç vaxt işləməyib, evdar qadın olub. Evliliyimizin ilk illərində xoşbəxt olmuşuq, qarşılıqlı hörmət saxlamışıq. 2019-cu ildə Naidə və övladım Valehlə birlikdə Rusiyaya qayınatam Babəkin yaşadığı evə köçdük. Təxminən 3 ay orada yaşadıq. Məqsədimiz orada məşğuliyyət tapmaq idi.

Lakin Rusiyada yaşamağa icazə üçün lazım olan sənədləri tam toplaya bilmədiyimizdən Azərbaycana qayıtdıq. Təxminən 1 il işsiz qaldım. Bir müddət də taksi sürücüsü işlədim".

Salehin sözlərinə görə, 31 may 2021-ci ildə qayınatası Babək atasının ildönümünə görə Azərbaycana gəlib: "Babəkin təklifi ilə ailəmlə birlikdə Rusiyaya köçüb, orda yaşamaq qərarına gəldik. İlk vaxtlardan Naidə bizimlə köçməyinə qarşı oldu. Səbəbini izah etmədən bizimlə getmək istəmədi. Bir neçə dəfə bu barədə aramızda danışıqlar oldu. Naidə əvvəlcə uşaqların mənimlə getməsini, bir müddət sonra onun da arxamızca gələcəyini bildirdi. Lakin bizimlə hansı səbəbdən getmək istəməməsini açıqlamadı".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin sentyabrın əvvəllərində qayınatası Babək Rusiyaya getmək üçün özünə, ona, Naidəyə və övladlarına sentyabrın 13-nə saat 03.10-a avia biletlər alıb:

"Lakin Naidə mənə yad münasibət göstərdi, soyuq rəftara davam etdi. Ümumiyyətlə, Naidənin mənimlə münasibətində soyuqluq 2 il əvvəldən başlamışdı. Sözlərimiz bir-birimizə xoş gəlmirdi, mübahisələrimiz olurdu. Sentyabrın 12-də səhər saatlarında Naidə, mən, qayınatam Babək, övladlarımla birlikdə təyyarəyə uçuşa buraxılmaq üçün Neftçilər xəstəxanasına getdik, orada COVID-19 testi verdik. Saat 16 radələrində qayınatamla xəstəxanaya getdik, testin nəticələrini götürdük və uçuşa buraxıldıq.

Bundan sonra mən yaşadığım evə, qayınatamı da Xırdalan şəhərində qızı Mahirənin evinə getdi".

Saleh deyib ki, sentyabrın 12-də saat 22 radələrində Naidəyə Heydər Əliyev məscidinin ərazisində gəzməyi təklif edib: "Yaşadığımız evlə məscid yaxın məsafədə yerləşir. Uşaqları evdə qoyduq, çölə çıxdıq. Həmin gün evdə hər hansı mübahisələrimiz olmamışdı. Lakin Naidə həmişəki kimi həmin gün də mənə yad münasibət göstərdi, soyuq rəftar etdi, bizimlə getmək istəmədiyini hiss etdirdi.

Heydər Əliyev məscidinə gedən istiqamətdə Zeytunluq massivində Naidə ilə çömbəldik, söhbət etdik. Naidə Rusiyaya getmək istəmədiyini, həmçinin məndən ayrılmaq istədiyini bildirdi. Uçuşa az qalmış Naidənin hələ də bu fikirdə olması mənə pis təsir etdi və qəzəbləndim. Onun soyuq rəftarının səbəbini başa düşməyə başladım, məni istəmədiyini bildim. Konkret olaraq deməsə də, həyatında başqa birisinin olduğunu anladım.

Bütün bunlardan qəzəblənərək onu öldürmək məqsədi ilə əvvəlcə boğmağa başladım. O, huşunu itirərək yerə yıxıldı. Lakin qısa müddət sonra ayağa qalxdı, təpiklə ayağıma vurdu. Üzərimdə daşıdığım mətbəx bıçağı ilə Nadənin bədən nahiyəsinə, yəni sinəsinə bir neçə dəfə zərbələr endirdim. Zərbələrin dəqiq sayını xatırlamıram.

Naidə qollarını qabağa verərək müdafiə olunan vaxt bıçaq zərbələri onun qoluna, əlinə də dəyib. Daha ondan səs gəlmədiyini gördüm, öldüyünü fikirləşdim.

Naidəni orada qoyaraq polisə təslim olmaq məqsədi ilə yola çıxdım. Məscidin yanında yolda xidmətdə olan polis əməkdaşlarını gördüm. Onlara yaxınlaşdım, arvadımı öldürdüyümü bildirdim. Naidəyə xəsarət yetirərkən istifadə etdiyim, üzərində qan izləri olan bıçağı onlara verdim. Polis əməkdaşlarının idarə etməsində olan xidməti avtomobilə əyləşdim. Onları hadisə baş verən yerə apardım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Naidənin sözlərinə görə, hadisə baş verən günü onların aralarında hər hansı mübahisə və ya dava-dalaş olmayıb: "Təxminən saat 22 radələrində gəzmək üçün küçəyə çıxdıq ki, bir az havamızı dəyişək, sonra geri qayıdaq. Həmin vaxt oğlum yatmışdı, qızımı isə qayınanama verdim.

Evdən çıxdıq və gəzə-gəzə piyada Heydər Əliyev məscidinə gedən istiqamətdə Zeytunluq massivinə gəldik. Gəzişmə zamanı Salehi xeyli danlayaraq onun psixi vəziyyətinin normal olmadığını, ciddi müalicəyə ehtiyac gərəkdiyini dedim. Saleh isə müalicəyə ehtiyacı olmadığını bildirdi. Onu Moskva şəhərinə getməkdən çəkindirməyə çalışdım, vətəndə qalıb, müalicə olmağı təklif etdim. Saleh isə "mən dəli deyiləm, müalicə olmağa ehtiyacım yoxdur" dedi.

Salehin bu sözləri məni əsəbiləşdirdi. Ona "sən dəlilinin yekəsisən, başın xarabdır" dedim, üstünə qışqırdım. Saleh məndən əsəbi şəkildə susmağımı tələb etdi. Mən isə kobud sözləri təkrarladım. Bu zaman Saleh boğazımdan hər iki əli ilə tutaraq səsimi kəsməyə çalışdı. Nəfəsimin çatmadığını gördükdə boğazımı buraxdı.

Sakitləşmədiyimi görüb üzərində gəzdirdiyi bıçaqla mənə bir neçə dəfə xəsarət yetirdi. Bıçaq zərbələrini sinə və qol nahiyəmə endirdi. Hadisənin şokundan bıçaq zərbələrinin sayını dəqiq xatırlamıram. Salehi qorxutmaq məqsədi ilə özümü yerə yıxdım, gözlərimi yumdum, nəfəsimi tutdum. Hərəkətisiz qalmaqla özümü ölülüyə vurdum. Bıçaq zərbələrinin şiddətli ağrılarını əvvəlcə çox hiss etmədiyimdən yerdə rahat uzandım, ölü roluna girə bildim".

Naidə qeyd edib ki, Saleh əvvəlcə onu sirkələyərək özünə gətirməyə cəhd edib: "Sonra isə "uşaqlarım anasız qaldı" deyərək ağlamağa başladı. Bir qədər sonra öldüyümü zənn etdi, məndən uzaqlaşdı.

Salehin artıq görə bilməyəcəyi qədər uzaqlaşdığını hiss etdikdən sonra ayağa qalxmaq istədim. Artıq ayağa qalxmağa gücümün olmadığını hiss etdim. Ətrafda polis işçilərini gördükdə onlardan təcili yardım çağırmalarını xahiş etdim. Məni xəstəxanaya apardılar".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Saleh 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2063   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Çörək bıçağına görə arvadını döydü, cinayət işi açıldı

Ağcabədidə kişi arvadını döyüb. xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb. Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstün

18 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

20 min manata yaxın aliment borcu olan ata həbs edildi

Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib

18 oktyabr
.

Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza

18 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Salyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal

18 oktyabr