Bill Qeytsin açıqlaması hansı qorxunc ssenaridən xəbər verir? - Məhv ediləcəklər...

Bill Qeytsin açıqlaması hansı qorxunc ssenaridən xəbər verir? - Məhv ediləcəklər..."Microsoft" şirkətinin qurucusu, milyarder Bill Qeytsin ötən gün süni ətlə bağlı verdiyi açıqlama diqqət çəkib.

"Zəngin ölkələr 100 faiz sintetik ətə keçməklə iqlim böhranı ilə mübarizə istiqamətində faydalı addım ata bilərlər. Dad dəyişikliyinə alışa bilərsiniz. Hətta zaman keçdikcə süni ətin daha dadlı olduğu bildirilir. İnsanların davranışını və ya vərdişlərini yönəldərək, onların tələbini də dəyişdirə bilərsiniz. Məncə, bu, orta gəlirli və daha yüksək ölkələr üçün mümkündür", - deyə Qeyts bildirib.

Bununla bağlı Sfera.az-a açıqlama verən qida üzrə baş mütəxəssis, qida eksperti Ağa Salamov deyib ki, Bill Qeytsin sözügedən açıqlamasında əsas məqsəd insan sayının azaldılması və yerdə qalan insanların öz istədikləri kimi idarə edilməsidir və bunun üçün də iqlim, ekoloji vəziyyət bəhanə gətirilir:

"Onlar sintetik ətə ("solar food") keçməklə heyvandarlığı məhv etmək istəyirlər. "Solar food" – günəşdən əldə olunmuş zülaldır. Bu zülalın insan oqranizmində rolu nədir? Bu araşdırılıb və rolu çox iyrəncdir. Bəzi ölkələr artıq öz məhsullarını istehsal etmək istəyirlər, ayılıblar, amma bir qədər gec. Amma elə ölkələr var ki, onların torpaqları zəhərlənib. Bildiyiniz kimi hədəfdə biometrik çiplənmə də var. Bu çipin birbaşa sintetik ətlə əlaqəsi mövcuddur. Normal ət – qoyun, mal-qara, qırmızı ət məhsulları və s. proqramlaşdırılmağa meyilli deyil. Amma sintetik yolla əldə olunan süni əti proqramlaşdırmaq asandır. Əgər bir insana biometrik çip qoyularsa, yediyi ətin sayəsində insan oqranizmində immun sistemini idarə etmək, istənilən virusu onun bədəninə ötürmək olar".

Müsahibimiz bildirib ki, hədəf insan sayının 500 milyona salınmasıdır:

"Təbii ki, bunu COVİD-19 virusu ilə edə bilmədilər. İndi də süni aclıq yaradacaqlar və heyvandarlığın məhvinə nail olmağa çalışacaqlar - ən çox da iribuynuzlu heyvanların. Biz bunu illərdir deyirik. Düşünürəm ki, iribuynuzlu heyvanların məhvinə heç bir ölkə razı olmamalı, yol verməməlidir. Təəssüf ki, ötən il Türkiyənin kənd təsərrüfatı naziri çıxışında xırdabuynuzlu heyvanlara üstünlük verəcəyini dedi. Bu, səhv addımdır. Əksinə, ekoloji vəziyyətin iribuynuzlu, xırdabuynuzlu heyvanlarla heç bir əlaqəsi yoxdur. Əgər iribuynuzlular arasında hansısa xəstəliyin yaranmasının şahidi olsaq, heç də təəccüblənmərəm. Çünki bu addıma da əl atıla bilərlər. Havaya hər hansısa virusu səpib, bu heyvanların məhvinə nail olmaq asandır. Məsələn, quş qripindən sonra broylerləri qabağa çəkdilər, kənd toyuqlarını məhv etdilər. Halbuki kənd toyuqları insan üçün daha faydalıdır. Bu baxımdan qeyd etdiyim məsələnin reallaşması mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3025   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Kiyevə zərbələr endirib: Ukraynada lokal atəşkəs başlayıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları həyata keçirib. Hücumlar Rusiyanın nəzarətində olan Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün nəzərdə tutulan lokal atəşkəsin başlaması ilə eyni vaxta təsadüf edib. Bu barədə The Guardian nəşr

27 oktyabr
.

ABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək

27 oktyabr
.

Rusiya Ukraynaya gecə hücumları edib: enerji obyektləri və liman infrastrukturu hədəfə alınıb

Rusiya ordusu gecə saatlarında Ukraynanın bir neçə bölgəsinə hava zərbələri endirib. Hücumlar nəticəsində azı altı nəfərin yaralandığı bildirilir. Reuters-in məlumatına görə, Ukraynanın Zaporojye şəhərində dörd, Çerniqov vilayətində isə iki nəfər yaralanıb. Rusiya Müdafiə Nazirliyi Xarkov şəhərində elektri

26 oktyabr
.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Netanyahunun İrana qarşı əməliyyat planına qarşı çıxdı

İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ölkənin siyasi rəhbərliyinin gələn çərşənbə axşamı keçiriləcək Knesset seçkilərindən əvvəl İranla bağlı hər hansı bir hərbi əməliyyat əmri vermək cəhdinə qarşı çıxıb. xəbər verir ki, bu barədə İsrailin 12-ci Kanal televiziyas

26 oktyabr
.

Pezeşkian Rusiyaya gedir

İran Prezidenti Məsud Pezeşkian bu gün Rusiyaya səfər edəcək. "Qafqazinfo" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, İran liderinin Moskvada Qaz İxrac edən Ölkələr Forumuna (GECF) üzv ölkələrin sammitində iştirakı gözlənilir. Pezeşkianın səfəri bir gün davam edəcək

26 oktyabr
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27 oktyabr
.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27 oktyabr
.

"Amerikalı Nostradamus"dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Nostradamusun proqnozlarını araşdıran amerikalı Con Houq 2028-ci ilə qədər dünyada nüvə münaqişəsi və ABŞ-da ciddi iqtisadi böhran baş verə biləcəyini iddia edib. Bizim.Media xəbər verir ki, onun fikirləri UNIAN-ın "The Economic Times" nəşrinə istinadən yaydığı materialda yer alıb. Houqun iddiasın

26 oktyabr
.

Tramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb

ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında

27 oktyabr