Bayden administrasiyasından Ermənistana ZƏRBƏ
Dünya erməniliyinin mədəsinə uyğun olmayan iştahasını küsdürən daha bir addım səsləri okeanın o tayından – ABŞ-dan gəlir.
ABŞ Prezidenti Co Bayden administrasiyası Ağ Evin 2023-cü il maliyyə büdcəsinə verdiyi təklifdə Ermənistana 24 milyon dollar ayırmaq niyyəti ifadə edilir.
Bu isə, 2022-ci ilin müvafiq büdcəsində Ermənistan üçün nəzərdə tutulan məbləğdən nə az, nə çox, düz 21 milyon dollar azdır.
Məbləğin azlığından şikayətlənən Amerika Erməni Milli Komitəsi (ANCA) məyusluğunu xəbər lentlərinə ötürür – həm dilənçilik, həm də həyasızlıqla.
ANCA Ermənistanın Cənubi Qafqazda ölü cana çevrilməsi üzərindən vəsait qoparmağa çalışmaqla həm İrəvanı, həm də özünü dirçəltmək niyyətlərini güdür. Axı Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ABŞ-dakı erməni lobbisinin də yuxularını qarışdırıb və onlar nüfuzdan düşən bir quruluşa çevrilirlər. Cırılmış nüfuza yamaq vurmaq cəhdləri isə əbəsdir, çünki dünya ictimaiyyəti yalanlardan təngə gəlib.
ABŞ 2023-cü il maliyyə büdcəsində Azərbaycana 9,7 milyon dollar ayırmağı planlaşdırır, amma Qarabağda minalardan təmizləmə və digər humanitar layihələrə vəsait nəzərdə tutulmur. Hərçənd ki, ABŞ 2022-ci il maliyyə büdcəsində Qarabağın minalardan təmizlənməsi üçün 2 milyon dollar ayırmağı qərar vermişdi.
Bura Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər də daxil deyil.
Qeyd edək ki, Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı sənədə əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.
ABŞ-dakı erməni lobbisi Konqresdəki təsir qruplarına ümid bəsləyir ki, Ermənistana ayrılan yardımın həcmi kəskin artırılsın./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2313 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi
"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa
27 oktyabrPezeşkian Moskvada səfərdədir
İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d
27 oktyabrEynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26 oktyabrNiderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var
Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind
26 oktyabrCənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb
Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir
27 oktyabrBuzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26 oktyabrTramp İranı ABŞ-la münaqişəyə başlamaqda günahlandırır
ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib. xəbər verir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı". Amerika lideri bir daha Tehranı
27 oktyabr