Azərbaycanda kişi sevgilisi ilə onun tanışının intim görüntülərini çəkərək şantaj edib

Azərbaycanda kişi sevgilisi ilə onun tanışının intim görüntülərini çəkərək şantaj edibTərtərdə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Kamil Bayramov və Leyla Mayılova (ad, soy adı şərti) barələrində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şikayət təmin edilməyib.

İttihama görə, hadisə 2020-ci ilin yanvar ayında Tərtər rayonu ərazisində qeydə alınıb.

Belə ki, K.Bayramov L.Mayılova ilə qeyri-rəsmi olaraq birgə nikahda yaşayıb.

İstintaq materiallarında qeyd edilib ki, o, qadınla qabaqcadan əlbir olaraq qrup halında birləşib.

Bildirib ki, 2020-ci ilin yanvar ayında K.Bayramov L.Mayılova ilə kirayədə yaşadıqları evdə qadınla onun tanışı M.M-in (ad, soy adı şərti) intim xarakterli videogörüntüsünü çəkib. Daha sonra onlar görüntüləri zərərçəkmişin özünə nümayiş etdiriblər.

Hər iki şəxs həmin videogörüntünü M.M-in yaxınlarına göstərəcəyi, eləcə də barəsində rüsvayedici məlumatlar
yayacağı ilə bağlı ona hədə-qorxu gəliblər.

Onlar 2020-ci ilin təxminən yanvar ayının ortalarından iyun ayına qədər olan
vaxt ərzində zərərçəkmişdən ümumilikdə 1470 manat nağd pulu hədə-qorxu yolu ilə keçiriblər.

Daha sonra M.M-in şikayəti əsasında saxlanılan K.Bayramovla L.Mayılova barədində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bayramov 5 il 6 ay müddətində azadlıqdan mərhum edilib. Qadının barəsində isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib.

Qeyd: 1989-ci il təvəllüdlü K.Bayramov daha 2017-ci ildə Bakıda oğurluğa görə tutulub və 2 il məhkumluq həyatı yaşayıb./Pravda


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2106   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil

14 oktyabr
.

Qız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi

Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını

18 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

17 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr