Yer kürəsinin ən hündür dəniz dalğası
Alimlər Yer kürəsində qeydə alınan ən hündür dəniz dalğasından söhbət açıblar.
1958-ci ilin iyulunda Alyaskanın cənub-şərqi sahillərində maqnitudası 8,3 bal olan güclü zəlzələ baş verib. Bu zəlzələnin əmələ gətirdiyi iri sürüşmə sahilə çıxan nəhəng sunami dalğasının yaranmasına səbəb olub. Bu, planetdə qeydə alınan dəniz dalğaları arasında ən böyüyüdür.
Publlika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Sürüşmə Alyaskanın cənub-şərqində Lituyya körfəzində suya daxil olub. Alimlərin hesablamalarına görə, süxurun suya düşməsi nəticəsində əmələ gələn dalğanın hündürlüyü 524 metr təşkil edib. Bu, Nyu-Yorkdakı məşhur "Empire State Building" göydələnindən (443 metr) hündürdür.
"Bu dalğa tarixdə qeydə alınan ən böyük dalğadır. Fikrimcə, daha əvvəllər bundan da hündür dalğalar olub, lakin onlar lap çoxdan əmələ gəlib və yalnız geoloji çöküntülər üzrə onlar barədə mühakimə yeritmək olar", - deyə Corciya ştatının Texnologiya Universitetindən olan alim German Frits danışır.
Alimin sözlərinə görə, Lituyya körfəzində sürüşmə zamanı suya təxminən 30 milyon kubmetr süxur düşüb ki, bu da nəhəng dalğanın əmələ gəlməsinə şərait yaradıb. Dalğanın hündürlüyünə körfəzin forması da öz təsirini göstərib.
"Sürüşmənin yaratdığı adi sunami zamanı dalğalar yelpikvari hərəkət edir. Lakin Lituyya körfəzinin ensiz forması və dik yamaclar dalğanın bir istiqamətə üz tutmasına şərait yaradıb. Su başqa yerə hərəkət edə bilməyərək yuxarı qalxmağa məcbur olub. Bu səbəbdən dalğaların hündürlüyü belə böyük olub", - deyə Frits vurğulayıb.
Alimlərin sözlərinə görə, dalğanın bu növünü KİV-də meqasunami adlandırmağa başlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2315 Tarix: 11 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrAdları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı
Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə
16 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabr