Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcəkİdman Araşdırmalar Mərkəzi (İAM) 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku turniri təşkil edəcək.

Yarış "Report" Agentliyinin informasiya dəstəyi ilə keçiriləcək.

Məqsəd İAM-ın yubileyini, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni, eləcə də turnir günlərinə təsadüf edəcək 9 May – Faşizm üzərində Qələbə Günü, 28 May – Müstəqillik Günü, mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun doğum gününü qeyd etmək, jurnalistlər arasında münasibətləri daha da yaxşılaşdırmaq, bu idman növünün təbliği, futbolun kütləvililiyinin artırılması, asudə vaxtlarının səmərəli təşkilinə mənəvi dəstək olmaqdır.

Yarışda yalnız jurnalistlər iştirak edəcək. Komandalar püşkatma yolu ilə "Cəbrayıl", "Füzuli", "Zəngilan", "Qubadlı", "Laçın", "Kəlbəcər", "Ağdam" və "Şuşa" adlanacaq və hər birinə təşkilatçı tərəfindən geyim forması (futbolka və şortik) veriləcək.

İlk tur 4 may – İAM-ın yaradılmasının 10-cu ildönümü günündə açılış mərasimindən sonra start götürəcək. Zəfər Kubokuna 19 iyun – mərhum jurnalist və görkəmli idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının ildönümü günündə yekun vurulacaq.

Turnirin mükafat fondu aşağıdakı kimi formalaşdırılıb:

1-ci yer – Zəfər Kuboku, 2 000 manat pul mükafatı (hər bir oyunçuya 250 manat), diplomlar

2-ci yer – 1200 manat pul mükafatı (hər bir oyunçuya 150 manat), diplomlar

Yarımfinalda uduzanlar: diplomlar.

Eyni zamanda, turnirin ən yaxşı oyunçusu və ən yaxşı bombardirinə xatirə plaketi veriləcək.

Bütün qarşılaşmalar Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin ("Neftçi"nin keçmiş bazası) meydançalarında keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 976   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Finlandiyada nüvə hücumuna qarşı yeraltı şəhər tikilib: Nə baş verir?

Finlandiya hökuməti paytaxt Helsinki yaxınlığında yeraltı şəhər inşa edilib. Şəhərdə üzgüçülük hovuzları, saunalar və digər obyektlərlə təchiz olunmuş 5 500 bomba sığınacağı yerləşir. -ın xəbərinə görə, bu barədə "The Times" nəşri yazıb. Məlumata görə, bomba sığınacaqları ölkəyə nüvə zərbəs

14 iyul
.

Quşun pəncərəyə çırpılması nə deməkdir? - Xalq inancları

Pəncərəyə qəfil çırpılan və ya döyən quş hər kəsin diqqətini çəkən hadisələrdən biridir. Qədim dövrlərdən bəri insanlar bunu xüsusi əlamət hesab edib və müxtəlif cür yozublar. Bəziləri bunun xoş xəbərlərin müjdəçisi olduğuna, digərləri isə həyatdakı dəyişikliklərdən xəbər verdiyinə inanıb. bu inacl

12 iyul
.

Yumurtanın təzə olub-olmadığını belə yoxlamaq olar

Yumurtanın təzə olub-olmadığını müəyyən etmək üçün ev şəraitində tətbiq edilə bilən sadə üsullar var. -a istinadən xəbər verir ki, bu üsullar həm qida təhlükəsizliyi baxımından, həm də mətbəxdə daha keyfiyyətli nəticə əldə etmək üçün faydalıdır. Mütəxəssislərin tövsiyə etdiyi ən praktik üsullardan bir

12 iyul
.

Keçmiş futbolçu saxlanıldı

Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind

14 iyul
.

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

İnsanların tez-tez yol verdiyi bir səhv yay aylarında evdəki istiliyin daha da kəskinləşməsinə səbəb olur. xəbər verir ki, bu barədə "El Confidencial" nəşri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadən informasiya yayıb. Qeyd olunur ki, yayda yol verilən əsas yanlışlıq otağı havalandırma

14 iyul
.

Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət

Münasibətlərdə sevginin azalması çox vaxt qəfil deyil, zamanla inkişaf edən bir prosesdir. Mütəxəssislərin fikrincə, davranışlardakı, ünsiyyət tərzindəki və emosional yaxınlıqdakı dəyişikliklər münasibətlərin gedişatı haqqında mühüm ipucları verə bilər. Ölkə.az -a istinadən xəbər verir ki, bir münasibəti

13 iyul
.

Keçən il bu halda idi! Son görənlər gözlərinə inanmır - VİDEO

Türkiyənin Sivas vilayətində yerləşən Hafik gölü son illərdə quraqlıq səbəbindən xeyli dayazlaşsa da, bu il yağan bol qar və aramsız yağışlar nəticəsində yenidən dolub. xarici mediaya istinadla xəbər verir ki, şəhər mərkəzindən 41 kilometr, Hafik rayonundan isə 2 kilometr məsafədə yerləşən və "Xüsus

13 iyul
.

Sürücü cəriməni rəqs edərək "qeyd etdi" - VİDEO

Qazaxıstanda yol hərəkəti qaydalarını pozduğu üçün polis tərəfindən cərimələnən qadın sürücü qeyri-adi davranışı ilə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, inzibati cəriməni aldıqdan dərhal sonra TikTok-da canlı yayım açan qadın polis əməkdaşlarının yanında musiqi sədaları altında rəq

13 iyul
.

Oturaq işdə artıq çəki almamaq üçün nə etmək lazımdır?

Bir çox insan güclü iş yükü olan dövrlərdə çəkinin artdığını müşahidə edir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi stresin özü deyil, onun yaratdığı həyat tərzi dəyişiklikləridir. xəbər verir ki, bu barədə adaptiv bədən tərbiyəsi və idman üzrə mütəxəssis Olqa Derendeyeva-Kurtova -ya danışıb. Bəz

13 iyul