Bizə nə gərəkdir: qanun, yoxsa ədalət?

Bizə nə gərəkdir: qanun, yoxsa ədalət?"Ədalət məhkəməsi", "Ədalət zəfər çalsın", "Qanunun ədalət tələbi"... Tanış, çox işlənən və bəlkə də klişe ifadələrdir.

Fəqət, məni maraqlandıran bir sual var: Qanun nə dərəcədə ədalətdir və ədaləti qanunla təmin etmək olarmı?

Qanunla ədalət arasında fərq odur ki, qanun hamı üçündür, hərəninsə öz ədaləti var.

Məsələn, istənilən cəmiyyətdə bəs deyincə insan yaşayır ki, onlar ət yemir, avtomobillərin elektriklə işləməsini tələb edirlər. Bəzilərisə var ki, insanların ümumiyyətlə, yoxa çıxmasını, bitkilərlə heyvanların tam asudə var olmalarını arzulayırlar.

Bəziləri isə tam əksinə, deyirlər ki, heyvanları zooparkda görsək, bəsdir, hər tərəf beton və asfalt olmalıdır.

Bəziləri deyirlər ki, cəmiyyət dini qanunlarla və qaydalarla idarə olunmalıdır - bəzilərisə əmindirlər ki, din bəşəriyyətin inkişafına mane olur.

Bəziləri deyirlər ki, dünyada hamı xristian olmalıdır - bəziləri buyururlar ki, xeyr, İslam dünyada bərqərar olmalıdır.

Bəziləri üçün keyfiyyətsiz ərzağın dükanda ucuz qiymətə satılması əladır - bəziləri isə ucuz ətin şorbasının pis olduğunu qətiyyətlə söyləyirlər.

Bəziləri üçün mühafizəkar geyim şərtdir - bəziləri isə sərbəst geyimi asudə yaşam atributu sayır.

Bəzilər bəzilərdən həmişə, hər zaman, hər yerdə çox fərqlənib.
Bizə nə gərəkdir: qanun, yoxsa ədalət?Hətta bir olduqlarını, vəhdət təşkil etdiklərini deyənlər də fərqlidir və bəzən düşməndir.

Xristianlar xristianları, müsəlmanlar müsəlmanları, buddistlər buddistləri daim öldürüb - paradoks deyil bu.

Çünki onların hər birinin öz ədalət meyarı var.

Ədalətləri fərqli olan insanların bir cəmiyyətdə yaşaya bilmələri üçün insan övladı əlahəzrət Qanunu fikirləşib, ixtira və kəşf edib.

Qanunlarda heç vaxt ədalət olmayıb, yoxdur və olmayacaq. Qanunlar bunun üçün deyil.

Qanunlar yazılıb ki, cəmiyyətin bütün üzvləri, yəni fərdlər, individlər birgəyaşamın eyni qaydalarına riayət etsinlər, ali və ilahi ədalət uğrunda bir-birlərinə qənim kəsilməsinlər.

Qanunda ədalət aramayın.

Qanun sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur.

Qanunun hərfinə və məğzinə görə, evimə girmiş oğrunu balta ilə vuran adam həbs ediləcək.

Amma evində, elə həmin yerdə balta saxlayan adam qanun qarşısında məsuliyyət daşımır.

Niyə?

Çünki niyyət yoxdursa, cinayət də yoxdur.

Məhz bu səbəbdən əynində forma olan adam cinayətkarı, manyakı, yaramazı hadisə yerində güllələsə, cəzalanmayacaq. Tam əksinə, hələ bəlkə ona mükafat da verəcəklər.

Amma həmin anda, hadisə yerinin yanından keçən adi adam cinayətkarı cəzalandırsa, mütləq həbs ediləcək.

Və ya kimisə girov götürmüş şəxsə qarşı əməliyyat keçirən, onu zərərsiz hala gətirən bir dəstə polisə mükafat veriləcək.

Bunu xüsusi əmr, tapşırıq və göstəriş olmadan, müstəqil şəkildə edən polislər isə cəzalanacaq, onlar vəzifə səlahiyyətlərini aşmaqda suçlanacaqlar.

Qanunvericilikdə ədalət olmur, çünki qanunlar insanları cəmiyyətin maraqları istiqamətində yönləndirən qaydalar toplusudur.

Qanun tələb edir ki, insanlar cinayətkarı cəzalandırmasınlar, onu tutub polisə təhvil versinlər. Alınmırsa, cinayətkarı bunun üçün xüsusi səlahiyyəti olan adamlar etməlidir.

Adi misal: küçə ilə gedirsiniz, birinin başqasını qarət etməyə çalışdığını görürsünüz. Dayanmalı, polis çağırmalısınız. Özünüz ədalətə can atsanız - həbs ediləcəksiniz.

Əsrlərdir qanunlar belə işləyir.

Oğruların və quldurların mağara qarşısındakı ağacdan asılmasından, canilərin meydanda edam edilməsindən, duellərdən və "ədalətli cəza"lardan tutmuş, məhkəmə iclaslarına, təzminatlara və kassasiya şikayətlərinədək qanunvericilik uzun yol keçib.

Qanunları bəyənməyə bilərik. Hətta bəzilərini sərt və ya əksinə, yumşaq saya bilərik.
Lakin onlar varsa, cəmiyyət də o qanunlarla yaşayırsa, deməli, həmin cəmiyyət sakit və stabil yaşamı üçün bu qiyməti ödəməyə razıdır.

Sənaye dövründə yaşayırıq. Bu dövr əmək bölgüsü, dəqiq ixtisaslaşma zamanı olduğundan cinayətkarların cəzalandırılması ilə də buna məsul edilmiş adamlar məşğul olmalıdır - sənətçilər, dərzilər, fermerlər və ya müəllimlər yox.

Məhz bu səbəbdən adi vətəndaşa cinayətkarlıqla bildiyi kimi, ədalətli saydığı təki mübarizə aparmağı qanun yasaqlayır.

Qanunun ədaləti olmadığı kimi, ədalətin də qanunu olmur./milli.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2121   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr