Azərbaycanda devalvasiya təhlükəsi varmı?

Azərbaycanda devalvasiya təhlükəsi varmı?2015-ci ildə ölkəmizdə baş verən devalvasiyadan sonra müxtəlif dövrlərdə həm qiymət artımı, həm də müəyyən inflyasiyanın baş verməsi əhalidə manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı narahatlıq doğurur.

Həmin dövrdəki devalvasiyalar nəticəsində banklar, sığorta şirkətləri ziyan gördü, eyni zamanda dollarla götürülən kreditlərin ödənilməsində problemlər yarandı.

2015-ci il fevralın 21-də həyata keçirilən ilk devalvasiyada dolların məzənnəsi 34,6 faiz artaraq 0,78 manat səviyyəsindən 1,05 AZN, həmin ilin dekabrın 21-də isə daha 48 faiz artaraq 1,55 AZN-ə çatdı. Növbəti dövrdə isə dolların məzənnəsində artım tempi davam edərək göstərici 12 faiz təşkil etdi. Bir il ərzində baş verən iki devalvasiyanın əsas səbəbi isə əmtəə bazarında neftin kəskin ucuzlaşması idi. Dörd ildən çoxdur manatın məzənnəsi sabit olsa da, hazırda dünyadakı geosiyasi, geoiqtisadi vəziyyət fonunda milli valyutanın məzənnəsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür.

Devalvasiyaya səbəb olan əsas amil neftin dünya bazarındakı qiyməti hesab olunsa da, hazırda neftin qiyməti ilə bağlı vəziyyət gözləniləndən də yaxşıdır. Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları nəzərdə tutulsa da, mövcud qiymətdə 2 dəfədən çox artım müşahidə olunmaqdadır. Bununla yanaşı, dünya bazarında ərzaq məhsullarının qiymətinin artması məhsulların ölkəyə gətirilməsi zamanı inflyasiyanın da artmasına şərait yaradır. Ölkədə qiymət artımı milli valyutanın sabit qalıb-qalmayacağı ilə bağlı suallar ortaya çıxarır. İqtisadçılar isə hesab edirlər ki, qlobal miqyasda baş verən proseslərdən yayınmaq o qədər də asan deyil.

Qlobal səviyyədə qiymət artımı Azərbaycana da təsir edir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər sabit və dinamikdir.

Deputatın sözlərinə görə, qlobal bazarda baş verən mənfi tendensiyaların təsirlərinə baxmayaraq, ölkədə iqtisadi inkişaf göstəriciləri nikbin düşünməyə əsas verir. 2022-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifahının daha da yüksəldilməsi təmin edilib. Ötən 3 ay ərzində ümumi daxili məhsul 6,8 faiz, iqtisadiyyatın qeyri-neft sektoru 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çoxdur.

Aydın Hüseynov qeyd edib ki, hazırda qlobal səviyyədə ərzaq və digər malların qiymətləri artır və bu proseslər dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edir:

"Qiymət artımları bütün ölkələrdə baş verir. Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesabatını açıqladı və məlum oldu ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artıb və qiymət indeksi 1990-cı ildə yarandığı gündən bəri yeni tarixi rekorda imza atıb. Son artım bitki yağları, taxıl və ət alt indekslərindəki bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb. Taxılın qiymətləri 70 faiz artıb ki, bu da 1990-cı ildən bəri rekord göstəricidir".

Deputat vurğulayıb ki, bütün bunlara Ukrayna və Rusiya arasındakı gərginlik daha çox təsir edir. Bu ölkələrin bazara ixracı kəsməsi nəticəsində qiymətlər də yüksəlir. Qara dəniz regionundan gözlənilən ixrac itkisi vəziyyəti daha da pisləşdirib. Bitki yağı mart ayında aylıq müqayisədə 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekorda imza atıb. İndeksin kəskin yüksəlməsinə günəbaxan, palma, soya və kolza yağının qiymətlərindəki artım səbəb olub. Günəbaxan yağının beynəlxalq qiymətləri Qara dəniz regionunda davam edən münaqişə ilə ixrac tədarükünün azalması səbəbindən əhəmiyyətli dərəcədə artıb. Bundan başqa, süd, ət, şəkər qiyməti indeksi də yüksəlib. Azərbaycan həmin malların bir qismini idxal edir, həmçinin yerli istehsalda istifadə edilən xammallar xaricdən gətirilir. Bütün bunlar qiymət artımlarına səbəb olur.

Ticarət dövriyyəsindəki müsbət saldo manata xarici təsirləri neytrallaşdırır

Qonşu ölkələrdə və xarici dövlətlərin maliyyə sektorlarında baş verənlərin manata mümkün təsirlərinin ola biləcəyinə gəlincə, Aydın Hüseynov bildirib ki, Azərbaycanın tədiyə balansında stabillik formalaşıb, məqsədyönlü və səmərəli ixrac siyasətinin yürüdülməsi ticarət dövriyyəsində 4 milyard dollar səviyyəsində müsbət saldonun əldə olunmasına səbəb olub.

Bu amillər manata xarici təsirləri tamamilə neytrallaşdırır, çünki valyuta bazarında dayanıqlı sabitliyin digər mühüm göstəricisi xarici amillər, idxal faktoru, tədiyə balansının cari vəziyyətidir. 2022-ci ilin birinci rübündə ölkəmizin tədiyə balansı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ötən 3 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi təxminən 11 milyard dollar olub, onun 8 milyard dolları ixracın, 3 milyard dolları isə idxalın payına düşüb. Ticarət saldosu 5 milyard dolları ötüb, yəni xarici valyuta ilə daha çox mal satmağımızın göstəricisi olan idxal-ixrac saldosu da manata təzyiqlərin, ümumiyyətlə, minimum səviyyədə olduğunu təsdiqləyir.

Valyuta gəlirlərimizin artması manata müsbət təsir göstərir

İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, Azərbaycanda məzənnəyə təsir edən yeganə həlledici amil dünya bazarında neftin qiymətidir. Onun fikrincə, neftin qiyməti də hazırda yüksəkdir, hətta yaxın illərdə qiymətin kəskin düşməsinin ehtimalı yoxdur. Bu da dünyadakı geosiyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır:

"Neftin qiyməti yüksək olan dövrdə valyuta gəlirlərimiz artır, bu da manata kifayət qədər müsbət təsir göstərir. Eyni zamanda, dünya bazarında qiymət artımı da müşahidə olunur. Azərbaycan da xaricdən idxal etdiyi mallara görə daha çox vəsait ödəməli olur. Hər bir halda bu vəsait neftin qiymətinin artması ilə müqayisə olunmur. Bu baxımdan hazırda manat üçün təhlükə yoxdur".

Əkrəm Həsənov qeyd edib ki, inflyasiyanın qalxması hansısa resursdan asılı olmayan ölkələrdə birmənalı olaraq milli valyutaya ciddi təsir edir. Məsələn, Türkiyədə bir neçə ay əvvəl bu təsiri gördük. Azərbaycanın nefti olduğundan yetərli valyuta gəliri var. Buna görə də, Azərbaycanda inflyasiyanın qalxması manatın məzənnəsinə ciddi təsir etmir. Müəyyən qədər təsir etsə də, neftin qiymətinin yüksək olması, eyni zamanda topladığımız valyuta ehtiyatları bu məsələni həll edir.

İqtisadçı deyib ki, Rusiya - Ukrayna münaqişəsi fonunda dünyada ikitərəfli proses gedir: "Bir tərəfdən, inflyasiya, ərzaq qiymətinin qalxması manata mənfi təsir göstərməli olsa da, digər tərəfdən, neftin qiymətinin ərzağın qiymətindən daha çox artması milli valyuta üçün təhlükə yaratmır".

"Azərbaycan" qəzeti


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2494   Tarix: 19 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021