Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTO
Avtomobil ustası olan Azər Əhmədov bir neçə ildir ki, "Zapı", "Zaporoji" kimi tanınan "Zaporojets" (ZAZ) markalı avtomobilləri toplamaqla məşğuldur. Hazırda qarajında 50-dən çox bu markadan olan avtomobil var. Onlardan ən köhnəsi isə 1962-ci il istehsalıdır.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, burada ZAZ markasının bütün modellərinə rast gəlmək mümkündür, əksəriyyəti də işlək vəziyyətdədir.
Özünün dediyinə görə, indiyə qədər 100-dən çox "Zaporoji" əldə edib. Təmir etdikdən sonra isə onların bir hissəsini satıb.
Kolleksiyada ən bahalı avtomobil 1962-ci il istehsalı olan göy rəngli ZAZ-dır.
Bu avtomobilin hər iki qapısı geriyə doğru açılır. Digər özəlliyi isə odur ki, yanacaq çəni avtomobilin ön hissəsindədir.
Hazırkı qiyməti nə az, nə çox, 20 min manatdan artıqdır.
Azər ustanın bu avtomobillərə həvəsi hələ uşaq ikən yaranıb. İndi də harada baxımsız vəziyyətdə qalan "Zaporoji" görsə, alıb emalatxanasına gətirir.
Kolleksiyaçı bildirir ki, bu avtomobillər iki cür olur - 30-luq və 40-lıq.
"Babamda həm 30-luq, həm də 40-lıq model var idi. Uşaqlıqdan "Zaporoji"yə olan sevgim məni "Zapı" ustası etdi", - deyə Azər qeyd edib.
Azərin sözlərinə görə, retro maşınları bölgələrdən və şəhərin özündən tapır.
"Görürsən maşın çürüyür, sahibi deyir ki, "satım, heyif olmasın". Onun təmiri 3-4 ay vaxt aparır. Çünki köhnə model olduğundan ehtiyat hissələri tapılmır", - deyə Azər Əhmədov bildirib.
Ustanın fikrincə, bu avtomobillərdən gəzinti üçün istifadə etmək daha məqsədəuyğundur. Çünki "Zaporoji"lərin bəzi xüsusiyyətləri onunla uzun yol qət etməyə imkan vermir.
Digər avtomobillərdən fərqli olaraq bunların mühərriki arxa hissədə yerləşir. Bunlar adətən küləklə soyuyur. Su sistemi yoxdur. Avtomobilin mühərrikinin "qızması" riski çoxdur.
Digər bir özəlliyi isə ondan ibarətdir ki, bu avtomobillərlə balıq tutmaq mümkündür. Bunlarda balıq tutmaq üçün yer olur. Salonda yeri var. Bu avtomobil ona görə istehsal edilib ki, ondan zövq alasan.
Azərin ən çox sevdiyi model "ZAZ-966"dır. Həmin avtomobilə dəfələrlə iri məbləğdə pul təklif edilsə də, satmayıb.
Ustanın emalatxanasında ötən əsrin 50-ci illərində istehsal olunan "Moskviç" və digər retro avtomobillər də var./baku.ws




Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3503 Tarix: 21 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrXəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap
17 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrAlimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər
Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy
17 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrAlimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad
17 oktyabr