"Instagram" öz platformasında bunları edəcək

"Instagram" öz platformasında bunları edəcək"Instagram"ın rəhbəri Adam Mosseri fotoservisdə reallaşdırılacaq bəzi yeniliklər barəsində məlumat verib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, reallaşdırılacaq yeniliklərdən ən vacibi isə orijinal kontentlərin aktiv şəkildə irəli çəkilməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, həmin dəyişikliklərdən ən vacibinin əsas hədəfi Instagram "Reels"də repost olunan TikTok videoları olacaq. Meta şirkəti artıq aydın şəkildə qeyd edir ki, o, Facebook ilə "Instagram"ı ilk növbədə dostlarla ünsiyyət vasitəsi kimi qəbul etmir. Şirkət sözügedən platformaları ilk növbədə kontent yaradıcılarına hədəflənmiş əsas platformalar kimi qəbul edir. Şirkət administrasiyası aktiv şəkildə elektron kommersiya alətlərini və auditoriya ilə çalışma üçün nəzərdə tutulmuş üsulları irəli çəkir.

Bu üsul ilə o, "TikTok" və "YouTube"da olan müəlliflərin "Instagram" ilə "Facebook"a keçid edəcəklərinə ümid edir. Hazırda şirkət əsas diqqəti qısa videolar formatı olan "Reels"ə yönəldib. Mark Zuckerbergin sözlərinə əsasən "Reels" hazırda şirkətin yüksək sürətlə böyüyən yeni kontent formatıdır. Lakin "Reels"də çox zaman keçirən istifadəçilər daha çox anlayırlar ki, bu format "TikTok"un klonudur. Digər platformalarda mövcud olan videolarda hətta "TikTok"un loqosu da olduğu kimi qalır. İstifadəçilərin "Instagram" daxilində bu cür rəftarları ilə mübarizə aparmaq üçün şirkət orijinal olmayan kontentlərin prioritetlərini aşağı salmaq qərarına gəlib.

İSA DİRİLDİ: Bakıda Pasxa bayramı qeyd olunur - VİDEO
İcra başçısının jurnalistə qarşı iddiası icraata götürülmədi
Azərbaycan saytlarının Rusiyada bloklanması ilə bağlı BƏYANAT
Yəni həmin kontentlər Instagram-ın məsləhətverici alqoritmləri tərəfindən daha az istifadəçiyə təqdim ediləcəklər. Lakin bu və ya digər kontentin orijinal olub-olmadığının hansı yol ilə müəyyənləşəcəyi barəsində məlumat verilməyib. Bu cür qərardan ən böyük zərəri isə aqreqator rolunda fəaliyyət göstərən səhifələr əldə edəcəklər. Məhz bu cür səhifələr məşhur memlərin və trendlərin mənbələri hesab edilirlər. Lakin verilmiş məlumata əsasən Instagram ilə "Facebook"un böyük istifadəçi kütləsinə sahib olmalarına baxmayaraq, hazırda əsl orijinal kontentlərin mənbələri qismində "TikTok" və "Twitter" çıxış edirlər. Məhz bu faktor səbəbilə Meta şirkəti öz məşhur platformalarında radikal addımlar atmağa qərar verib./lent.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1666   Tarix: 25 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr