Bakıda iki nəfərin öldüyü qəzanın tükürpədən görüntüləri - YENİLƏNİB + ANBAAN VİDEO

Bakıda iki nəfərin öldüyü qəzanın tükürpədən görüntüləri - YENİLƏNİB + ANBAAN VİDEODİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarədən Oxu.Az-a daxil olan məlumatda deyilir:

"Bu gün saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65-ci kilometrliyində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi "Chevrolet" markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlunu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlunu vurub, eyni anda sonuncuya məxsus "Mercedes-Benz" markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində S.Cəfərov və E.Qurbanov hadisə yerində həlak olublar. Faktla bağlı araşdırma aparılır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan xüsusilə günün qaranlıq vaxtı, eləcə də məhdud görünmə şəraitində avtomobillərinin dayanma, durma, yaxud parklanması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxslərdən isə avtomobillərini təcrübəsiz və müvafiq idarəetmə hüququ olmayan şəxslərə etibar etməkdən çəkinməyi xahiş edir.

Qəzanın görüntülərini təqdim edirik:

10:41
Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi "Chevrolet" markalı avtomobillə iki piyadanı vurub. Nəticədə piyadalar - 1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov - aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmışlar. Belə ki, S.Cəfərov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan "Chevrolet" onların ikisini də vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4559   Tarix: 27 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021