"Yüksək səslə söyürdüm ki, oğlu yaxşı eşitsin"
Ötən il oktyabrın 29-u Suraxanıda 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsinin təfərrüatı məlum olub.
Araşdırmalar zamanı hadisəni törədən 1993-cü il təvəllüdlü Anar Salmanovun SOCAR-ın idarələrindən birində işlədiyi məlum olub.
Suraxanı qəsəbəsində qonşu olan Anarla Zakirin münasibətləri bir müddət əvvəl pozulubmuş. Buna səbəb Anarın həyat yoldaşından ayrılaraq digər qadınla evlənməsi, eyni zamanda iş yoldaşı olan Z.Hüseynovun bacısı ilə münasibəti haqda iddialar olub. Belə ki, Z.Hüseynovun atası Anara bir neçə dəfə məhəllədə bununla bağlı irad bildirib.
Hadisənin baş verdiyi gün isə Z.Hüseynovun Anarın evdə olmadığı vaxt onun yaşadığı evin pəncərəsini döyərək ikinci həyat yoldaşı ilə danışması isə qətllə nəticələnib. Anar Salmanov Zakirin onun evinin pəncərəsini döyməsini özünə sataşmaq kimi qəbul edib və gecə işdən gələndən sonra bu barədə xəbər tutaraq sərxoş halda qonşunu yüksək səslə söyüb. O, daha sonra evə daxil olaraq söyüşlərini davam etdirib: "Balababanı yüksək səslə söyürdüm ki, oğlu Zakir bunu yaxşı eşitsin. Evə girdim, lakin qapını arxadan bağlamadım. Yoldaşımdan Zakirin yenə pəncərəyə gəlib-gəlməməsini soruşdum. Həmin vaxtı Zakir evə daxil oldu. Onu görən kimi, gözümə mətbəxdəki bıçaq sataşdı. Zakir evin girişində məni itələyib "nə olub, niyə söyüş söyürsən?" dedi, bu zaman həyətdən Balababa və qızının səslərini eşitdim, onların da mənim üstümə gəldiklərini düşündüm. Günortadan əsəbilərimi cilovlaya bilmirdim, gözümü qan bürümüşdü. Bıçaqla Zakirin qarın nahiyəsinə iki zərbə vurdum. Elə həmin vaxt Zakirin atası içəri girdi, Zakir yerdə yıxılıb qalmışdı. Balababa evə girən kimi stoldakı boşqabı mənə atdı. Boşqab qaşımın üstünə dəydi. Sonra Zakirin atası ilə bacısı onu xəstəxanaya apardılar".
Məhkəmədə mərhum Z.Hüseynovun atası Balababa Hüseynov çıxış edərək bildirib ki, Anar evinə daxil olandan sonra pəncərədən onun mərhum həyat yoldaşının, yəni Zakirin anasının ünvanına təhqiramiz ifadələr işlədib: "Zakir evdə uşaqları ilə televizora baxırdı. Anar içkili olduğu üçün ona baş qoşmayacağını deyirdi. Anarın pəncərəni açıb qışqırmasından sonra isə söyüşləri eşidib, yerindən durub onlara getdi".
Bakı Ağır Cinayətlər Məhkəməsi 29 yaşlı Anar Salmanovu Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü ( xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilib. Ona 17 il azadlıqdan məhrumetmə cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2534 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ
Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c
17 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə
14 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində
17 sentyabr 2021DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil
11 sentyabr 2021Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı
Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
17 sentyabr 2021Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda
11 sentyabr 2021