Atasının oğlan kimi böyütdüyü, iki dahi bəstəkarın evlilik təklif etdiyi "yaralı turac" – Xalq artistinin film kimi həyatı

Atasının oğlan kimi böyütdüyü, iki dahi bəstəkarın evlilik təklif etdiyi "yaralı turac" – Xalq artistinin film kimi həyatıSonxeber.az Kulis.az-a istinadən Xalq artisti, rəqqasə Əminə Dilbazi haqqında maraqlı faktları təqdim edir.​​​​

Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini 132 saylı məktəbin rus bölməsində alıb. O, məşhur bəstəkar, Xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

***

Əminənin beş yaşı olanda böyük qardaşı Cavanşir qəflətən xəstələnir. Cavanşirin xəstəliyi ilə əlaqədar ailə Qazaxdan Bakıya köçsə də, Əminənin qardaşı vəfat edir. Qardaşının ölümü onun atasını dərindən sarsıdır. Bir gün atası qızının oğlansayağı hərəkətlərinə baxıb deyir: "Qızım, sənin hərəkətlərin mənə Cavanşiri xatırladır. Sən onu mənə əvəz edə bilərsən". Bundan sonra o qızını bərbərə aparıb saçlarını oğlansayağı kəsdirir, ona oğlan paltarı alıb evə gətirib deyir: "Bu gündən Əminə mənim oğlum Cavanşirdir".

***

Əminəni 1926-cı ildə əvvəlcə Azərbaycan, sonra rus məktəbinə qoyurlar. Lakin o, gözlənilmədən ağır xəstəliyə tutulur və bir müddət məktəbdən ayrılır. Bir az sağalsa da, həkimlər onun məktəbə getməsini, dərslərinə davam etdirməsini məsləhət görmürlər. Ancaq Əminə təhsilini davam etdirir.

Doqquz yaşı olanda anası Xeyransa xanım qızları Əzizə və Əminəni Üzeyir Hacıbəyovun konservatoriyada yaratdığı fortepiano sinfinə qoyur. Ancaq Əminənin on üç yaşı olanda atası dünyasını dəyişir. Qızlarının hər ikisi musiqi məktəbindən ayrılmalı olurlar.

***

Atası Əminəni oğlan uşağı kimi böyüdüyündən o, daha çox idmana həvəs göstərir. İdmanın yüngül atletika növü üzrə rayonda keçirilən idman yarışlarında birincilik qazanır. Bir gün oxuduğu məktəbin direktoru onu yanına çağırıb bir ünvana getməyi tapşırır. Əminə elə bilir ki, onu hansısa idman yarışına göndərirlər. O, idman paltarını geyinib deyilən ünvana yollanır. Ünvana çatıb görür ki, uşaqlar tarın, kamançanın müşayiəti ilə rəqs edirlər. Növbə ona çatanda soruşdular: "Hansı havaya oynayacaqsan?" Etiraz edib deyir: "Oynamayacağam, mən idmançıyam. Bura məni səhvən çağırıblar". Lakin musiqi səslənir, amma o, rəqs edə bilmir. Əminə "obsa" adlı havanı sifariş verir. Ona deyirlər ki, belə rəqs yoxdur. Belə olan halda Əminə özü sifariş etdiyi mahnını oxuyub oğlansayağı oynamağa başlayır. Bir də onda fərqinə varır ki, zalda gülüş səsindən qulaq tutulur. Pərt halda paltosunu götürdü, var gücüylə ordan qaçır.

Üç-dörd gün sonra onu yenidən direktorun otağına çağırıb rəqsini bəyəndiklərini, ona yeni yaradılan rəqs ansamblına qəbul olunduğunu bildirirlər. Razılaşmaq istəmədiyini gördükdə isə ona hər ay 400 manat təqaüd verəcəklərini deyirlər. Əminənin anası o zaman ailəni dolandırmaq üçün üç yerdə işləyirdi. O, təqaüdə görə deyilənlərə razı olur. Əminə xanım müsahibələrinin birində deyir: "400 manat deyilən kimi anam yadıma düşdü, sevindim. 400 rubl o dövr üçün böyük pul idi. Anam xəstəxanada işləyirdi. Fikirləşdim ki, yaxşı olar, anam gecə növbəsindən çıxar, üzünü doyunca görərik. Komissiya üzvlərinə dedim, gərək, anamdan icazə alım. Həmin gün qaça-qaça evimizə gəldim. Dedim, ay mama, mən sənə hər ay 400 manat versəm, işinin birindən çıxarsan? Axı biz sənin üzünü görə bilmirik. Səhər oyanırıq ki, yoxsan, axşam gələndə yenə evdə olmursan. Anam əvvəlcə əsəbiləşdi, dedi, sən o pulu hardan alırsan? Yazıq az qaldı dəli olsun ki, hardan tapacaqsan, kim verəcək sənə bu pulu? Anam qorxurdu kimsə məni aldadar. Hər şeyi olduğu kimi ona danışdım. O, biləndə ki, məktəbdə dərslərimə də davam edəcəyəm, rəqsə getməyimə razılıq verdi. Üç aydan sonra təqaüdümü 100 manat da artırdılar."

***

Ali təhsil almasa da, Əminə Dilbazini xalq rəqslərinin mahir ifaçısı kimi tanıyırlar. O, Üzeyir Hacıbəylinin musiqisi əsasında "Kolxoz çölləri" adlı ilk rəqsini qurur. Rəqsdə o vaxt çox məşhur olan pambıqçı Bəsti Bağırova rolunu Əminə Dilbazi özü oynayırdı.

Bir gün Üzeyir bəy rəqsə tamaşa edir. Konsertdən sonra Əminə xanıma Üzeyir Hacıbəylinin onu görmək istədiyini söyləyirlər. "Dedim, getmərəm. Qorxurdum ki, Üzeyir bəy rəqsimi bəyənməz. Deyər, sənin belə şücaətin var ki, mənim musiqimə rəqs qurursan? Yoldaşlarım məni ürəkləndirdilər. Qılman Salmanovla birlikdə getdik Üzeyir bəyin yanına. Üzeyir bəy məni görən kimi dedi: "Balaca qız" - o, mənə belə müraciət edirdi – "sən mənə tanış gəlirsən". O, anamın 1928-ci ildə məni və bacımı yanına gətirməsini nəzərdə tuturdu. Üzeyir bəy mənə "Balaca qız, sən istedadlısan, mənim musiqimə gözəl rəqs qurmusan. Rəqs qurmağa davam et", dedi. Onun sözlərindən elə təsirlənmişdim ki, doyunca ağlamaq istəyirdim. Böyük bəstəkar oradaca zəng vurub tapşırdı ki, mənim rəqsimi dövlət konsertinə salsınlar. Bu hadisədən çox həvəsləndim. Qısa müddətdə Niyazinin musiqisinə "Dağlar gözəli", Qılman Salmanovun musiqisinə isə "Alagöz" rəqslərini qurdum.

***

Əminə Dilbazi gəncliyində olduqca cazibədar və gözəl olub. Dövrün iki ən böyük iki bəstəkarı Fikrət Əmirov və Cövdət Hacıyev onu sevib. Onlar həm də çox yaxın dost olublar. Onların rəqqasəyə olan sevgisi münasibətlərinin gərginləşməsinə qədər çatır. Ancaq buna qədər bir-birlərinin sevgisindən xəbərsiz hər iki dost Əminəyə evlənmək təklifi etməyə hazırlaşırlar.

Əminə Dilbazi Filarmoniyada işləyəndə konsertlər bitəndən sonra Filarmoniyanın səhnəsində təkcə öz mahnılarını rəqs edən zaman bəstəkar Qara Qarayev pərdəni qaldırıb onun məşqlərinə baxır. Cövdət Hacıyev təsadüfən bunu görüb ona yaxınlaşır. Qarayev ona Əminəni göstərib deyir, gör o qırmızı çəkməli qız necə gözəl rəqs edir. Səhnədən çıxandan sonra Cövdət Hacıyev Əminə xanıma onu gözləməsini tapşırır. Söhbət əsnasında məlum olur ki, bəstəkarın ondan xoşu gəlir.

***

Elə həmin ərəfədə Fikrət Əmirov məsələdən xəbərsiz Əminə Dilbazini Gəncəyə ansambl üçün rəqs qurmağa dəvət edir. Əminə Dilbazi Gəncəyə çatır, Fikrət Əmirovun evinə qonaq düşür və quracağı mahnı ilə tanış olmaq istəyir. Firkət Əmirov royal arxasına keçib bir məhəbbət mahnısı ifa edir. Əminə xanım isə sakitcə dinləyir, amma hiss edir ki, Fikrətin ondan xoşu gəlir. Firkət Əmirov ona elə həmin məqamda evlənmək təklif edir. Lakin, rəqqasə deyir ki, bu məsələni Cövdət də bilməlidir. Məsələdən xəbər tutan Cövdət Hacıyev təcili Gəncəyə gəlir və Fikrətə etiraz edib bildirir ki, o, da rəqqasə ilə evlənmək istəyir.

***

Əminə Dilbazi öz hisslərini gizlətsə də, qəlbinin dərinliyində Cövdətə qarşı laqeyd deyildi. O, öz xatirələrində bu əhvalata belə münasibət bildirir: "Cövdət mənə yaxınlaşıb öz sevgisini, evlənmək istədiyini söyləmirdi. Müharibə illəriydi. Qohumlarım təkidiylə Fikrətə ərə getməyə razılıq verdim. Cövdətə məktub yazdım: "Mən yalnız səni sevirəm. Ancaq Fikrətlə evlənirəm. Bu məktubu da sənə ağlaya-ağlaya yazıram. Mən nə edim ki, sənin cəsarətin mənə səni sevirəm deməyə çatmadı". Gəncə səfərindən geri döndükdən sonra Cövdət məni vağzaldan birbaşa "ZAQS"-a apardı. Evləndik. Nikah mərasimində Səməd Vurğun və Mirvarid Dilbazi iştirak etdilər. Bu evlilikdən bizim dörd övladımız oldu".

Əminə xanım bütün varlığını ailəsinə həyat yoldaşına həsr edir. Kasıb ailədən olan Cövdət Hacıyevin Moskvada Konservatoriyanı oxuyub bitirməsi üçün çox çalışır. Bir gün Əminə xanıma xəbər gəlir ki, həyat yoldaşı maddi çətinlik ucbatndan təhsilini yarımçıq qoyub Bakıya qayıtmaq istəyir. Bunu eşidən Əminə Dilbazi sarsılır. Həyat yoldaşına zəng vurub deyir ki, sən diplom almamış Moskvadan qayıda bilməzsən. Əgər sənə pul lazımdırsa, mən sənə hər ay iki min manat göndərəcəm və sən diplomunu alıb Bakıya qayıdacaqsan. Bundan sonra o, lazım olan məbləği əldə etmək üçün beş yerdə işləməli olur.

***

Əminə Dilbazi müsahibələrinin birində deyir ki, neçə dəfələrlə bizi ayırmaq istəyiblər. Dəfələrlə gəlib Cövdətə deyirdilər ki, xəbərin var arvadın hardadı? O da deyib, işdədir. Ona deyirmişlər ki, yox, Əminə işdə deyil, filan yerdədi. Gəl, gedək, səni aparaq, göstərək. Bir dəfə onu gətirmişdilər də. O, gəldi gördü ki, dedikləri kimi deyil, heç nə yoxdu. Sonralar Cövdət qısqanclığından bir dəfə dedi ki, mən daha filarmoniyaya gəlməyəcəm. Orda hara gedirəmsə, hamı sənin rəqslərindəki nazından, qəmzəndən, gözəlliyindən danışır, mən dözə bilmirəm. Dediyi kimi də elədi, daha mənim ardımca filarmoniyaya gəlmədi, mən özüm işdən çıxanda tək gəlirdim. Amma bizim aramızı heç kimsə vura bilmədi, çünki bir-birimizi sevirdik. Cövdət də mənə xəyanət etmədi, heç zaman. O, mənim qəddarlığımı bilirdi. Xəyanət etsəydi, onu bağışlamazdım.

***

Cövdət Hacıyev ən çox da Əminə Dilbazinin tez-tez qastrollara getməsindən narazılıq edirdi. Həyat yoldaşı uzun müddətə xaricə qastrola gedəndə, uşaqların qayğısına Cövdət Hacıyev qalırdı.

Sonralar bəy qızı olduğuna görə onu incitməyə başayırlar. Ondan yuxarılara gizli yazılar yazır, Əminəni at zovodu rəhbəri olmaqda günahlandırır, onu get-gələ salırlar. Belə olan halda rəqqasə birbaşa Mircəfər Bağırova məktub yazıb, onu incitdiklərini bildirir. Bir saatdan sonra onun məktubuna cavab gəlir. Mircəfər Bağırov öz məktubunda yazır: "Siz bizim səhnəmizə lazımsınız. Siz istedadlı insansınız. Bu gündən sonra sizə heç kim gözünüz üstə qaşın var deyə bilməyəcək". Bu cavab məktubundan sonra donosbazlar rəqqasədən əl çəkirlər.

***

Əminə Dilbazi 1947-ci ildə Praqada keçirilən gənclərin və tələbələrin I Ümumdünya festivalının, 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalının iştirakçısı olub. 1954-cü ildə əməkdar artist, 1959-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb, 1999-cu ildə "İstiqlal" ordeni ilə təltif edilib. Uzun illər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında qızlardan ibarət rəqs qrupunun rəhbəri oldu. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun nəzdində yaradılan "Çinar" tələbə rəqs kollektivinə, 1967-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sevinc" qızlar ansamblına rəhbərlik edib. İncəsənət Gimnaziyasında "Günel" rəqs qrupunu yaradıb.

***

"Vağzalı" "Turacı", "Tərəkəmə", "Naz eləmə", "İnnabı" və başqa rəqsləri məharətlə ifa edən rəqqasənin repertuarına rus rəqsləri, Ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də var idi. "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun" və başqa əsərlərdə də rəqslərə quruluş verib.

Rəqqasə "Turac" rəqsini ifa edən zamanı hər bir rəqqas kimi dizini bağlamalı idi ki, dizini səhnəyə vuranda yaralanmasın. Əminə Dilbazi bu rəqsi ifa edəndə bilərəkdən dizlərini bağlamır ki, yaralansın və ağrını hiss edərək rəqsi ifa etsin. Bir gün Niyazi dizi yaralı olan rəqqasənin simfonik konsertində oynamasını istəyir. Əminə ondan dizinin yaralı olmasını gizlədir, amma rəqsini o qədər gözəl ifa edir ki, Niyazi dərhal onun adını konsertə yazır.

***

Əminə Dilbazi gecələr konsertdən çıxandan sonra küçə ilə gedəndə qaranlıqda heç kimin olmadığına əmin olub sabahkı konsert üçün oynayacağı mahnını rəqsi məşq edə-edə evə gedirmiş.

***

Əminə Dilbazi 2010-cu il aprelin 30-da 91 yaşında vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1772   Tarix: 01 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ömürdə bir dəfə rast gəlinən şansla qarşılaşacaq BÜRCLƏR

Astroloqlar inanırlar ki, qarşıdakı günlərdə üç bürcün nümayəndələri həyatda mühüm dəyişikliklərə səbəb olacaq hadisələrlə qarşılaşa bilərlər. Ölkə.az xəbər verir ki, bu dövr xüsusilə Şir, Qız və Tərəzi bürcləri üçün əlverişlidir. Bununla belə, astrologiyanın heç bir elmi əsası olmadığını və bu cür proqnozları

13 iyul
.

Evdə zibil qabını qətiyyən qoymamalı olduğunuz 5 yer

Mütəxəssislər bildirirlər ki, zibil qabının düzgün yerdə yerləşdirilməsi xoşagəlməz qoxuların, bakteriyaların və həşəratların yaranmasının qarşısını almağa kömək edir. Demək olar ki, hər evdə zibil qabı olsa da, onun harada saxlanılmasının sağlamlıq və gigiyena baxımından nə qədər vacib olduğu çox vax

12 iyul
.

Sürücü cəriməni rəqs edərək "qeyd etdi" - VİDEO

Qazaxıstanda yol hərəkəti qaydalarını pozduğu üçün polis tərəfindən cərimələnən qadın sürücü qeyri-adi davranışı ilə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, inzibati cəriməni aldıqdan dərhal sonra TikTok-da canlı yayım açan qadın polis əməkdaşlarının yanında musiqi sədaları altında rəq

13 iyul
.

ABŞ-də doqquz gün hamamda köməksiz vəziyyətdə qalmış 82 yaşlı qadın xilas olundu

ABŞ-də 82 yaşlı qadın hamamda uzun müddət köməksiz vəziyyətdə qalmasına baxmayaraq, möcüzə nəticəsində sağ qalıb. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, vannaya yıxılan yaşlı qadın təxminən doqquz gün kömək gözləyib. Onun sözlərinə əsasən, belindən xəsarə

14 iyul
.

Ata və iki qızı dənizdə öülmlə burun-buruna gəldi - VİDEO

Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda sərinləmək üçün dənizə girən ata və iki qızı təhlükəsizlik üçün qoyulan şamandıraların kənarına keçdikdən sonra axına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən ətrafdakı vətəndaşlar və sahildəki əməkdaşlar dərhal müdaxilə edərək ailən

13 iyul
.

Ev termometriniz niyə yanlış temperatur göstərir? -SƏBƏB

Bu günlərdə bir çox insan eyni sualı verir: niyə telefonda göstərilən temperatur, avtomobilin göstəricisi və evdəki termometr bir-birindən fərqlənir? Bu məsələyə aydınlıq gətirən meteoroloq bildirib ki, səbəb sinoptiklərin səhvi deyil, temperaturun ölçülmə üsullarındakı fərqlərdir. xarici mediaya istinadə

12 iyul
.

Bu beş Android tətbiqini dərhal silmək lazımdır

Android smartfonlarında əvvəlcədən quraşdırılmış bütün tətbiqlər vacib deyil. Bəziləri istehsalçıların tərəfdaş şirkətlərlə əməkdaşlığı çərçivəsində əlavə olunur, digərləri isə əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır. Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tətbiqləri

13 iyul
.

Hamamdakı kanalizasiya qoxusunu yox etmək üçün məsləhət

Hamam otağını təmizlədikdən sonra hər yer parıldasa da, bəzən xoşagəlməz kanalizasiya qoxusu qalmaqda davam edir. xarici mediaya istinadən xəbər verir ki, bunun bir neçə geniş yayılmış səbəbi var və əksər hallarda problemi təmirə ehtiyac olmadan aradan qaldırmaq mümkündür. Problem uzun müddət istifad

14 iyul
.

Keçmiş futbolçu saxlanıldı

Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind

14 iyul