NASA: "Lütfən, meteorit daşlarının fotolarını bizə göndərməyin!" - FOTO/VİDEO
Alov şarının Amerikanın üç cənub ştatı üzərində səmada parlayıb keçməsindən bir neçə gün sonra NASA alimləri Missisipi ərazisində aşkar olunan parçaların meteoritə aid olduğunu təsdiqləyiblər.
Bu barədə CBS teleradio şirkətinin xəbər portalı məlumat verib.
NASA bildirib ki, parlaq meteor və ya bolid Luiziana-Missisipi sərhədi yaxınlığında səmada partladığı zaman 60 min km/saat sürətlə hərəkət edib (əvvəllər 90 min km/saat deyilirdi). Arkanzas, Luiziana və Missisipidə onlarla insan çərşənbə günü səhər saat 8 radələrində yüksək səslər eşitdikdən sonra səmada meteor gördüklərini deyiblər.
NASA-nın hesablamalarına görə, alov topunun parçalanması nəticəsində üç ton trotil ekvivalentində enerji xaric olub. Bununla belə alov topu heç kimə xəsarət və ya maddi ziyan vurmayıb, onun uçuş trayektoriyası əsasən Missisipi çayına paralel olub.
NASA həmçinin birbaşa əhatə dairəsinə daxil olmadığı üçün gələcəkdə meteoritlərlə bağlı hər hansı kəşf işlərini nəzərdən keçirməyəcəyini bildirib və bu məsələ ilə maraqlanan ictimaiyyəti Sent-Luisdəki Vaşinqton Universiteti tərəfindən idarə olunan meteorit veb-saytına yönəldib.
"Biz kosmik tullantıların yığımı ilə məşğul olmuruq, əsas məqsədimiz kosmik gəmiləri və astronavtları meteoritlərdən qorumaqdır. Lütfən, bu daşların fotolarını bizə göndərməyin!", – deyə əlavə edib.
NASA həmçinin bildirib ki, əgər təsdiq olunarsa, bu, Missisipidə qeydə alınan beşinci meteorit parçası olacaq. Digər parçalar 1854, 1910, 1922 və 2012-ci illərdə tapılıb./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2181 Tarix: 05 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrAğıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət
Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını
15 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabr"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabr