Azərbaycanda məhkum transseksuallar harada saxlanılır? – AÇIQLAMA
Azərbaycanda məhkum olunan transseksuallar həbsxananın hansı bölməsində saxlanılır? Kişilər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində, ya qadınların yanında?...
Elə bilməyin ki, bu suallar durduğumuz yerdə ağlımıza gəlib. Yox...
Bu günlərdə ABŞ-ın Nyu-Cersi ştatında baş verən hadisə bütün dünyanın diqqətini özünə çəkə bildi.
Demək, adı çəkilən ştatdakı həbsxanaların birində 2 qadın 27 yaşlı transseksualdan hamilə qalıb. Araşdırma nəticəsində məlum olub ki, həmin transseksualın şəxsiyyət vəsiqəsində cinsiyyəti qadın kimi göstərilsə də vəziyyət fərqli olub. Belə ki, onun qadın olmaq üçün əməliyyat etdirməyə vaxtı çatmayıb.
ABŞ vəkilləri bu məsələ ilə bağlı ciddi etiraz etdilər. Hətta bəyan edildi ki, əgər, ölkə qanunvericiliyində ciddi dəyişiklik edilməsə, homoseksualların qadın həbsxanasında saxlanması hər zaman belə problemlərə səbəb olacaq.
Bəs Azərbaycanda necə, cəzaçəkmə müəssisələri belə bir vəziyyətdən sığortalanıbmı?
Ümumiyyətlə, bizdə transseksuallar cinayət törədəndə harada saxlanılır? Onlar üçün ayrı cəzaçəkmə müəssisəsinə ehtiyac varmı?
Cinsiyyətini dəyişənlərin cəzaçəkmə müəssisəsində aqibətləri necə olur?
Özlərinə daha çox 3-cü cinsin nümayəndəsi kimi baxan bu şəxsləri qadınların və ya kişilərin yanında saxlamaq nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Lent.az-a danışan Konstitusiya Araşdırmalar Fondunun prezidenti, tanınmış hüquqşünas Əliməmməd Nuriyev homoseksuallar üçün ayrı bir cəzaçəkmə müəssisəsi yaratmağın ehtiyac olub olmaması barədə bunları deyir:
"Homo və transseksualları digər insanlardan fərq qoyulmur. Məhkəmə işlədiyi cinayətə görə, qanun çərçivəsində cəza verir. Həmin şəxslərin harada, hansı şəraitdə saxlanılması da məhkəmənin qərarına baxır. Bu da cinayətin növündən asılıdır.
Mən onlar üçün ayrı cəzaçəkmə müəssisəsinin yaradılmasının tərəfdarı deyiləm. Bu zaman ayrıseçkilik olar. İnsanları seksual tələbatına görə ayırmaq olmaz.
Bu tip insanların şəxsiyyət vəsiqəsində hansı cinsin nümayəndəsi olduğu qeyd olunubsa, həmin cəzaçəkmə müəssisəsində saxlanılır.
Dünyada yavaş-yavaş artıq 3-cü cins tanınır. Amma bu bizim ölkədə qəbul olunmayıb. Buna görə də ayrı cəzaçəkmə müəssisəsi açmaq məqsədəuyğun deyil.
Eyni zamanda qeyd edim ki, homo və transseksuallar yoxlanıldıqdan sonra cəzaçəkmə müəssisəsinə aparılır"./lent.az
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4260 Tarix: 05 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrSalyanda avtomobil aşdı: Xəstəxanaya aparılan şəxs öldü
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi "Mercedes" markal
18 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17 oktyabrŞamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü
Şamaxı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə rayonun Çuxuryurd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı evin həyətində su ilə dolu beton çənin içərisinə düşərək həyatını itirib
19 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrKürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans
18 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabr